Düşənbədə MDB Müdafiə Nazirləri
Şurasının növbəti
iclası keçirilmişdir
Tacikistanın paytaxtı Düşənbə şəhərində
Müstəqil Dövlətlər
Birliyi (MDB) Müdafiə
Nazirləri Şurasının
növbəti iclası
keçirilmişdir.
İclasda Azərbaycanın
müdafiə naziri Səfər Əbiyevin başçılığı ilə ölkəmizin nümayəndə heyəti
də iştirak etmişdir.
Müdafiə nazirləri
2015-ci ilə qədərki
dövrdə hərbi
əməkdaşlıq Konsepsiyasını
bəyənmiş, şuranın
2010-cu il üçün
iş planını təsdiqləmiş, MDB ölkələri
birgə hava hücumundan müdafiə
sisteminin 2015-ci ilədək
əsas inkişaf istiqamətlərini müzakirə
etmişlər.
İclas iştirakçıları
MDB hava hücumundan müdafiə qüvvələri
strukturunda dəyişikliklər
etmiş, 2010-cu ildə
MDB hava hücumundan müdafiə qüvvələrinin
birgə tədbirlərinin
keçirilməsini müəyyənləşdirmişlər.
Şuranın iclasında hava məkanından istifadə qaydaları üzərində nəzarət
sisteminin təkmilləşdirilməsi,
uçuşların təhlükəsizliyinin
təmin edilməsi sahəsində əməkdaşlığın
inkişafı problemləri
də müzakirə olunmuşdur.
Müdafiə nazirləri ekoloji təhlükəsizliyin
təmin olunması üçün informasiya-sorğu
sisteminin yaradılmasını
qərara almış,
şuranın yeni işçi orqanı - texniki təminat üzrə Əlaqələndirmə
Komitəsinin yaradılması
haqqında Əsasnaməni
təsdiq etmişlər.
İclasda ümumilikdə
20 məsələyə baxılmışdır.
Tacikistan Prezidenti Emoməli Rəhmon müdafiə nazirlərini
qəbul etmişdir.
Azərbaycan.- 2009.- 12 noyabr.- S. 9.