İslam Konfransı Təşkilatı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir

 

İslam Konfransı Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir işğal olunmuş ərazilərdən didərgin düşmüş insanların öz doğma torpaqlarına qayıtmasını istəyir.

Bu sözləri Azərbaycanda səfərdə olan İslam Konfransı Təşkilatının (İKT) Baş katibi Ekmələddin İhsanoğlu demişdir. Türkiyə Ermənistan arasında imzalanmış protokollarla bağlı sualları cavablandıran E.İhsanoğlu bu məsələnin Azərbaycanın əleyhinə yönəlmədiyini bildirmişdir. Azərbaycanla Türkiyə arasında sarsılmaz bağlılıq olduğunu qeyd edən Baş katib hər iki ölkənin xarici siyasətinin bir-biri ilə uyğunlaşdırılmasının vacibliyini vurğulamışdır. O, əlavə etmişdir ki, Türkiyə Azərbaycanın, Azərbaycan Türkiyənin əleyhinə addım atmamalıdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-12 noyabr.- S. 9.