Lyublyanada Nazirlər
Konfransı başa çatmışdır
Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Sloveniyanın paytaxtı Lyublyanada işə başlayan
"Bizim ümumi Avropa irsimizin bərpası" mövzusunda
Nazirlər Konfransında
iştirak etmişdir.
Konfransda Sloveniya Respublikasının Prezidenti
Danilo Türk, Avropa Şurasının
(AŞ) yeni Baş katibi Torbern Yaqland, Avropa Komissiyasının rəsmi
şəxsləri, bir
sıra digər beynəlxalq təşkilatların
nümayəndələri, Avropa ölkələrindən
nazirlər, bir sıra siyasətçi və ictimai xadimlər iştirak etmişlər.
Tədbirdə Əbülfəs
Qarayev Azərbaycanın
mədəniyyətlərarası dialoq üzrə "Bakı Prosesi" və mədəni irs sahəsində milli və beynəlxalq
fəaliyyəti, həmçinin
Ermənistan tərəfindən
işğal edilmiş
torpaqlarda mədəni
irsin vəziyyəti barədə çıxış
etmişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər
ki, konfrans çərçivəsində Ə.Qarayev ilə AŞ-nin Baş katibi Torbern Yaqland arasında görüş keçirilmişdir.
Görüşdə Azərbaycanda
mədəniyyət sahəsində
həyata keçirilən
tədbirlərdən söz
açan nazir 2011-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə
Bakıda keçiriləcək
dünya mədəniyyətlərarası
dialoq forumunun əhəmiyyətindən danışmış,
Ermənistan tərəfindən
işğal edilmiş
torpaqlarımızda xalqımıza
məxsus mədəni
irsin vəziyyəti barədə ətraflı
məlumat vermişdir.
Ə.Qarayev Baş katibin diqqətinə çatdırmışdır
ki, Azərbaycan tərəfi mədəni
irsin vəziyyətini
öyrənmək məqsədilə
AŞ-nin fakt-araşdırıcı missiyasının
regiona gəlməsində
maraqlıdır. Lakin
Azərbaycan və Ermənistan ərazilərinə
səfər edəcək
fakt-araşdırıcı
missiyanın tərkibi
eyni olmalı və onlar işğal
edilmiş torpaqlara Azərbaycan ərazisindən
getməlidirlər.
AzərTAc
Azərbaycan.- 2009.- 12 noyabr.- S. 9.