Azərbaycan Prezidentinin şərəfinə
Xəbər verdiyimiz kimi, noyabrın 12-də Belarus Respublikası Prezidentinin iqamətgahında Prezident
Aleksandr Lukaşenkonun
adından Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin şərəfinə rəsmi
nahar təşkil olunmuşdur.
Belarus Prezidenti Aleksandr LUKAŞENKO dövlətimizin
başçısını salamlayaraq dedi:
- Hörmətli
İlham Heydər oğlu!
Əziz dostlar!
Bu gün
əməkdaşlığımız haqqında çox danışılmışdır. İntensiv əlaqələrimiz
təkcə dövlət
başçıları səviyyəsində
deyil, həm də ticarət-iqtisadi münasibətlərə,
birgə müəssisələrin
yaradılmasına, tam
siyasi dəstəyə,
dünyanın inkişafı
gündəliyinə vahid baxışa əsaslanır.
Deməli, bizim aramızda, dövlətlərimiz
arasında strateji tərəfdaşlıq qurulmuşdur.
Elə bir sual yoxdur ki,
biz onu Azərbaycan
tərəfi qarşısında
qoyaq və İlham Heydər oğlunun, Azərbaycan Prezidentinin dəstəyini
almayaq.
Bizim heç bir dövlətlə belə münasibətlərimiz
olmamışdır və
yoxdur ki, razılığa gələk
və Azərbaycanla olduğu kimi, hər şey həyata keçsin.
Aleksandr Lukaşenko xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəyə qalxması sahəsindəki xidmətlərini xatırladaraq dedi ki, məhz görkəmli dövlət xadimi Heydər Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində ölkələrimiz arasında əməkdaşlıq daha da genişlənmişdir. Hazırda Prezident İlham Əliyev əməkdaşlıq əlaqələrimizin inkişafına öz töhfəsini verir. İkitərəfli münasibətlərin səviyyəsindən danışan Belarus Prezidenti ölkəsinin Azərbaycanda bir çox layihələrdə yaxından iştirak etdiyini bildirdi. "Bu, hər iki ölkə arasında olan qarşılıqlı anlaşmanın nəticəsidir", - deyən Belarusun dövlət başçısı bildirdi ki, dost Azərbaycan zəngin sərvətlərə malikdir və bu da ölkənin daha da güclənməsinə, xalqın rifah halının yaxşılaşmasına xidmət edir.
* * *
Azərbaycan Prezidenti İlham ƏLİYEV təşəkkür edərək dedi:
- Hörmətli
Aleksandr Qriqoryeviç!
Əziz dostlar!
Bir daha gözəl Belarus torpağına dəvətə
görə Aleksandr Qriqoryeviçə səmimi
qəlbdən təşəkkürümü
bildirmək istəyirəm.
Mənim ünvanıma,
Azərbaycanın, Azərbaycan
xalqının ünvanına
dediyiniz xoş sözlərə görə
Sizə çox minnətdaram.
Prezident İlham Əliyev dedi ki, dövlət başçılarının mütəmadi
görüşləri, qarşılıqlı
səfərləri ikitərəfli
münasibətlərin inkişafına
təkan verir. Ulu öndər Heydər Əliyevin xatirəsinə
göstərdiyi ehtirama
görə, Belarus Prezidentinə təşəkkür
edən Azərbaycan dövlətinin başçısı
ölkələrimizin müstəqilliyinin
ilk illərində çətin sınaqlardan
çıxdığını və uğurlu inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdıraraq
dedı:
- 1993-cü ildən,
Heydər Əlirza oğlu hakimiyyətə gələn kimi tərəqqi, inkişaf başlandı. Bu gün biz əminliklə
gələcəyə baxa
bilərik. Mən burada üç il əvvəl olmuşam. Mən dəyişiklikləri, qayda-qanunu,
yaşayış səviyyəsini
görürəm. Bizi
çox şey birləşdirir. İlk növbədə, bu, öz xalqına sədaqət, gələcək
nəsillər qarşısında
məsuliyyət, qarşıda
duran məqsəddir. Məqsəd dövlətin,
ölkənin müstəqilliyinin
möhkəmləndirilməsi, inkişaf etmiş, dinamik, yüksək səviyyəyə və yaşayış keyfiyyətinə
malik cəmiyyət qurmaqdır.
Demək istəyirəm
ki, münasibətlərimizə
strateji tərəfdaşlıq
kimi qiymət verməyinizlə tamamilə
razıyam. Biz buna nisbətən qısa vaxtda nail olmuşuq. Bunu qeyd etmək
mənə də çox xoşdur. Bizim ikitərəfli münasibətlərimiz nadir
münasibətlərdir. Bütün
məsələlər hər
hansı bürokratiyasız,
ləngiməsiz, operativ,
səmərəli və
etibarlı şəraitdə
həll edilir. Mən çox şadam ki, bizim aramızda belə şəxsi dostluq münasibətləri
yaranmışdır. Bu,
ikitərəfli münasibətlərimizin
bütün spektrinə
sirayət edir. Biz ticarət dövriyyəsinin artmasını,
siyasi sahədə qarşılıqlı fəaliyyəti,
birgə həyata keçirdiyimiz layihələrin
konkret nəticələrini
görürük və
artıq gələcək
üçün perspektiv
planlar qururuq.
Sonda Prezident İlham Əliyev dost Belarus xalqına
rifah, əmin-amanlıq, sabitlik və çiçəklənmə
arzuladı.
AzərTAc
Azərbaycan.- 2009.- 14 noyabr.- S. 2.