Azərbaycan alimləri tarixi həqiqətlərin üzə
çıxarılmasında ciddi təşəbbüslər
göstərirlər
AMEA-nın Tarix
İnstitutunun əməkdaşları istər ölkə
daxilində, istərsə də xaricdə keçirilən
mühüm konfranslara dəvət olunurlar. Bu yaxınlarda 15 nəfərlik heyət
Dağıstanın Mahaçqala şəhərində
keçirilən Rusiya və Qafqaz tarixi ilə bağlı
konfransda iştirak etmişlər. Onlar böyük fəallıq
göstərərək tarixi həqiqətlərin üzə
çıxarılmasında ciddi təşəbbüslər
irəli sürmüşlər.
Bundan başqa, institutun əməkdaşları
Azərbaycanın İstanbuldakı baş konsulunun təşəbbüsü
ilə Türkiyə ilə Ermənistan arasında imzalanan məlum
protokollarla əlaqədar ermənilərin qonşu ölkələrə,
xalqlara və dövlətlərə qarşı təcavüzkar
siyasətinin tarixinə dair təşkil olunmuş konfranslara
da qatılmışlar. Onlar türkiyəli tədqiqatçılarla
birgə oradakı arxivləri araşdırmışlar. Bu
mövzuda tapılan mühüm sənədlər
konfransın materiallarına əlavə edilmişdir.
Azərbaycan.- 2009.- 13 noyabr.- S. 5.