Azərbaycan-Bolqarıstan sənədləri
imzalanmışdır
Noyabrın 13-də Sofiyada prezidentlər İlham Əliyevin və Georgi Pırvanovun iştirakı
ilə Azərbaycan-Bolqarıstan sənədlərinin
imzalanması mərasimi
olmuşdur.
"Azərbaycan Respublikasının
Sənaye və Energetika Nazirliyi və Bolqarıstan Respublikasının İqtisadiyyat,
Enerji və Turizm Nazirliyi arasında əməkdaşlıq
haqqında Memorandum"u Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Bolqarıstanın iqtisadiyyat, enerji və turizm naziri Trayço Traykov imzaladılar.
"Bolqarıstanın
"Bulqartransqaz" Şirkəti
və Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti arasında təbii qazın nəqli sahəsində qarşılıqlı
Anlaşma Memorandumu"nu "Bulqartransqaz"ın icraçı direktoru İvan Drenoviçki və ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov imzaladılar.
AzərTAc
Azərbaycan.- 2009.-14
noyabr.- S. 3.