Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun görüşü
Noyabrın 13-də Sofiyada, Prezident Administrasiyasında Azərbaycan
Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun görüşü olmuşdur.
Əvvəlcə prezidentlər
İlham Əliyev və Georgi Pırvanov rəsmi foto çəkdirdilər.
Görüşdə Azərbaycan
ilə Bolqarıstan arasında ikitərəfli
münasibətlərin müxtəlif
sahələrdə uğurla
inkişaf etdiyi qeyd olundu.
İqtisadi əlaqələrin,
o cümlədən enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə
edildi. Dövlət başçıları Azərbaycan-Bolqarıstan münasibətlərinin
bundan sonra da möhkəmlənəcəyinə
əmin olduqlarını
bildirdilər.
Görüşdə, həmçinin
regional əməkdaşlıq
və beynəlxalq məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2009.- 14 noyabr.- S. 3.