Milli Məclisin
Mədəniyyət komitəsinin
iclası olmuşdur
Noyabrın 13-də Milli Məclisin Mədəniyyət komitəsinin
iclası keçirilmişdir.
Əvvəlcə "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsi"ndə,
"Azərbaycan folkloru
nümunələrinin hüquqi
qorunması haqqında"
və "Məlumat toplularının hüquqi
qorunması haqqında"
qanunlarda dəyişikliklərin
edilməsi barədə
qanun layihələri müzakirə edilmişdir.
Komitənin sədri Nizami Cəfərov demişdir ki, qanun layihələrində
yazılı ədəbiyyatda,
misiqidə müəllif
hüquqlarının daha
ciddi qorunmasını
tələb edən müddəalar yer almışdır.
"Mədəni özünüifadə
müxtəlifliyinin qorunması
və təşviqi haqqında" Konvensiyanın
təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsində
qeyd edilmişdir ki, bu sənəd
2005-ci ildə Fransada qəbul edilmiş və YUNESKO səviyyəsində
həyata keçirilir.
Sonra "Avropanın
memarlıq irsinin qorunmasına dair" Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsinə baxılmışdır. Bildirilmişdir
ki, bu Konvensiyanın
tələblərinə görə,
Dağlıq Qarabağın
işğalından sonra
orada olan tarix-memarlıq abidələrinin qorunmasına
Ermənistan tərəfi
məsuliyyət daşıyır.
Bu, qanun layihəsində də qeyd olunmuşdur.
Qanun layihələri
komitə tərəfindən
təsdiqlənmiş və
parlamentin plenar iclasında müzakirəyə
çıxarılması tövsiyə
olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 14 noyabr.- S. 4.