Şəkərli diabet düzgün idarə edilsə, ağır fəsadlar törətməz

 

Düzgün həyat tərzi, normal qidalanma və xəstəliyin, o cümlədən şəkərli diabetin vaxtında aşkarlanaraq qarşısının alınması sağlamlığı təmin edən əsas amillərdəndir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2007-ci ildə dünyada 246 milyon insanda ŞD qeydə alınmışdır. Hazırda bu rəqəm 300 milyonu təşkil edir. ÜST-nin hesablamalarına görə, 2025-ci ildə onların sayının 380 milyona çatacağı gözlənilir. Azərbaycanda 2008-ci ildə 72 min insan bu epidemiyadan əziyyət çəkib. Artıq bu rəqəm 108 mini keçmişdir. Onlardan 700-nü uşaqlar təşkil edir. Ailə, ölkə və bütün dünya üçün diabet ciddi təhlükədir. Şəkərli diabetə tutulmuş insanlar daim həkimin və özlərinin şəxsi nəzarətləri altında olmalıdırlar. Düzgün qidalanma (pəhriz), fiziki hərəkət, pis vərdişlərdən kənarlaşmalar (siqaret, alkoqollu içkilər və s.) epidemiyanın idarə edilməsində əsas şərtlərdir.

Son illər respublikada bu kateqoriyadan olan insanlar dövlət qayğısı ilə əhatə olunmuşlar. Həmin sahəyə ayrılan vəsait ilbəil artırılır. Onların hüquqlarının qorunması istiqamətində bir sıra qanun proqramlar qəbul edilmiş, layihələr həyata keçirilmişdir. 2004-cü ildə Azərbaycanda "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun qəbul edilmişdir. Bu, MDB məkanında bu sahədə ilk qanun olduğu üçün həmin ölkələrin Parlamentlərarası Assambleyasının təklifi ilə bu ölkələrin parlamentlərinə düzgün model kimi tövsiyə edilmişdir. "2005-2009-cu illər üçün şəkərli diabetlə bağlı Dövlət Proqramı"nın qəbulu, Nazirlər Kabineti Səhiyyə Nazirliyi tərəfindən imzalanan sənədlərdə bu sahədə atılan mühüm addımlardandır. İndi şəkərli diabetlə bağlı "2011-2015-ci illər üçün Dövlət Proqramı" hazırlanmaqdadır.

Heydər Əliyev Fondunun 2004-cü ildən başlayaraq bu sahədə həyata keçirdiyi tədbirlər olduqca təqdirəlayiqdir. Fondun, Azərbaycan Diabet Liqasının Danimarkanın "Novo Nordisk" şirkətinin birgə hazırladıqları "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində son illər uşaqlar üçün xeyli miqdarda dərman preparatları göndərilmişdir. Bu humanitar layihənin birgə hazırlanmasında əsas məqsəd ictimaiyyətin, yerli xarici şirkətlərin diqqətini uşaqların sağlamlığının qorunmasına, ölkədə diabetli uşaqların problemlərinin həllində Beynəlxalq Diabet Federasiyasının iştirakının fəallaşdırılmasına yönəltmək idi. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Lənkəran şəhərindəki "Qafqaz" sahil otelində diabetli uşaqların psixo-sosial reabilitasiyası məqsədilə düşərgə təşkil edilmişdir. Burada dincələn 25 xəstə uşağa 4 həkim-diabetoloq, 5 tərbiyəçi-müəllim 3 psixoloq xidmət göstərmişdir.

2006- ildə Bakı Şəhər Baş Səhiyyə İdarəsində fondun təşəbbüsü ilə keçirilən xeyriyyə tədbirində 217 diabetli uşağa insulin xüsusi ağrısızlaşdırıcı şpris-qələmlər verilmişdir. Mehriban xanım Əliyevanın şəxsi yardımı eyni zamanda, Gənclər İdman Nazirliyinin, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, "Sanofi Aventis" "Novo Nordisk" farmaseptik şirkətlərinin dəstəyi ilə 2000-ci ildən Azərbaycan Diabet Liqası ŞD- tutulmuş uşaq yeniyetmələr üçün xüsusi yay düşərgələri təşkil edir.

Azərbaycan Diabet Liqası bu qeyri-infeksion epidemiyaya qarşı mübarizədə dövlətə, vətəndaşlara yaxından yardım göstərən ictimai birlikdir. Birlik üç proqram - tibbi-humanitar, sosial-hüquqi yardım reabilitasiya proqramları çərçivəsində fəaliyyət göstərməklə yanaşı, maraqlı layihələr həyata keçirir. Tibbi humanitar layihə çərçivəsində pasientlərin təlimi, onlara pulsuz yardım, əhali arasında maarifləndirmə işi aparılır. Cari ildə Səhiyyə Nazirliyinin himayəsi, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman aparatının dəstəyi "Sanofi Aventis" şirkətinin maliyyə köməyi ilə "Cəmiyyətimiz üçün sağlam, əmək qabiliyyətli vətəndaşlar" layihəsi uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT- Dövlət Dəstəyi Şurasının yardımı ilə ölkədə şəkərli diabetlə bağlı ilk dəfə olaraq Azərbaycan dilli (ingilis dilindən tərcümə ilə) analitik informasiya saytı yaradılmışdır. 2008-ci ildə diabetli insanların hüquqlarından bəhs edən "Azərbaycan Respublikasında şəkərli diabetlə xəstə olan şəxslərin hüquqları", 2009-cu ildə isə "I tip ŞD-si olan uşaq yeniyetmələr üçün məlumat kitabçası" "I tip ŞD xəstələri üçün qidalanma fiziki barədə məlumat kitabçası" buraxılmışdır.

Respublikanın ayrı-ayrı bölgələrində yaşayan insanlar həmin ərazilərdəki poliklinikaların əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılırlar. Onların müalicəsi yerli büdcələr hesabına maliyyələşdirilir. Bəzi rayonlarda, xüsusilə, Dəvəçi, Siyəzən, İmişli, Masallı rayonlarında şəkərli diabetə tutulmuş insanların müalicəsi üçün lazımi şərait olmasa da, onlar daim nəzarət altındadırlar. Dövlətimizin bu istiqamətdə gördüyü işlərin əsas məqsədi diabetli insanları normal vəziyyətdə saxlamaqdır.

Yeri gəlmişkən, şəkərli diabet xroniki qeyri-infeksion epidemiyadır. Bununla belə, bu epidemiyanın nəzarət altında olması onun idarə edilməsi insanlarda baş verə biləcək ağır fəsadların qarşısının alınmasında başlıca rol oynayır.

 

 

Adilə QOCAYEVA

 

Azərbaycan.- 2009.-14  noyabr.- S. 6.