Türkiyədə Dağlıq Qarabağ probleminin həllində irəliləyiş olmadan Ermənistanla protokolların TBMM- ratifikasiyasının çətin olacağı fikri hakimdir

 

ABŞ dövlət katibinin müavini Filip Qordon Ankarada Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində jurnalistlərin suallarını cavablandırmışdır.

ABŞ Dövlət Departamentinin rəsmisi bildirmişdir ki, Türkiyədə Dağlıq Qarabağ probleminin həllində irəliləyiş olmadan Ermənistanla imzalanmış protokolların Türkiyə Böyük Milllət Məclisində ratifikasiyasının çətin olacağı fikri hakimdir.

Filip Qordon rəsmi Ankaranın xarici siyasət kursunda dəyişikliklər olması iddiaları ilə razılaşmadığını bildirmiş, İran Suriya ilə yanaşı, İsraillə əlaqələrin Türkiyə üçün mühüm əhəmiyyət daşıdığını söyləmişdir. O, eyni zamanda Birləşmiş Ştatların İran rəhbərliyinə etimadsızlığını da əlavə etmişdir. Filip Qordon onu da demişdir ki, ABŞ Yaxın Şərq bölgəsində heç kimin nüvə silahına ehtiyac hiss etməyəcəyi bir şəraitin yaranmasını istəyir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2009.- 15 noyabr.- S. 1.