"İslam mədəniyyəti sivilizasiyasının dəyərləri" mövzusunda kulturoloji seminar keçirilmişdir

 

Noyabrın 14-də "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti, Vətəndaş Cəmiyyəti Beynəlxalq Mədəniyyət Forumunun təşkilatçılığı ilə "İslam mədəniyyəti sivilizasiyasının dəyərləri" mövzusunda respublika kulturoloji seminarı keçirilmişdir.

"Novosti-Azərbaycan" beynəlxalq informasiya agentliyində təşkil olunan tədbiri "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov açaraq, müzakirə edilən mövzunun əhəmiyyətindən danışmışdır.

Natiq demişdir ki, "Bakı İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ili çərçivəsində ölkəmiz bir-birindən maraqlı onlarla tədbirə ev sahibliyi etmişdir. Bu mərasimlərdə İslamın insanlara bəxş etdiyi mənəvi dəyərlər barədə geniş məlumatlar verilmiş Azərbaycanda İslam dəyərlərinə göstərilən böyük hörmət qayğıdan danışılmışdır.

F.Məmmədov "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının vitse-prezidentləri - akademiklər Fuad Qasımzadə, Maqsud Əliyev Asəf Nadirova qurumun fəxri fərmanlarını təqdim etmişdir.

Seminarda fəlsəfə elmləri doktoru Aydın Əlizadə "Din əxlaq", filologiya elmləri namizədi Samirə Mirbağırzadə "Müsəlman incəsənəti", fəlsəfə elmləri namizədləri İradə Zərqanayeva "Əbu Həmid Qəzali İslam mədəniyyətinin qurucularından biri kimi", Elsevər Səmədov "İslam mədəniyyətinin formalaşması təsir dairələri", Radif Mustafayev "Orta əsrlər müsəlman sivilizasiyasında bərabərlik problemləri", Mətanət Şəkixanova "XIX əsrin sonu XX əsrin əvvəllərində yeni İslam islahatçıları: Musa Çarulla Biqi onun "Müsəlman millətlərinə" əsəri barədə" mövzularında çıxışlar etmişlər.

Seminardan sonra "Müsəlman mədəniyyəti sivilizasiyası: gələcəyin görünüşü" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-  15 noyabr.- S. 5.