Sənət körpüsü
Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət
Muzeyində görkəmli
xalçaçı-rəssam, muzeyin yaradıcılarından
biri olan Lətif Kərimovun ad gününə həsr edilmiş "Keçmişdən
gələcəyə aparan
sənət körpüsü"
adlı ənənəvi
sərginin açılışı
oldu. Əsas məqsəd qədim tarixə
malik Azərbaycan tətbiqi sənət ənənələrinin
qorunması və yaşadılmasıdır.
Tədbirdə
iştirak edən
xalçaçı-rəssamlar, sənət adamları ömrünü xalçaların
öyrənilməsinə, toplanmasına həsr edən Lətif
Kərimovun həyat və fəaliyyətindən söhbət
açdılar, onunla bağlı
xatirələrini dilə gətirdilər.
Sərgidə
yer alan həvəskar və peşəkar sənətkarların
əsərlərində tarixi ənənələri yaşatmaqla
müasir dövrün
tələblərinə uyğun
təfsir çox
önəmlidir.
Burada Lətif Kərimovun eskizləri
əsasında toxunmuş müasir
xalçalar, Bədirə Əliyevanın
muncuqla hazırlanmış
xalçaları, Cəmilə Hacıəhmədzadənin milli geyimli kuklaları, Mehriban Əliyeva-Xəlilzadənin
bədii tikmə, təkəlduz nümunələri,
Əfşanə Səfərovanın saxsıda güllər xalça eskizi, Səidə Baloğlanovanın milli
ornamentlərlə bəzədilmiş
zərgərlik məmulatları, bir
sözlə, dekorativ-tətbiqi sənətlə məşğul
olan peşəkar rəssamların və həvəskar sənətkarların
milli ənənələrimizdən
qaynaqlanan yüzdən çox
sənət əsəri
nümayiş etdirilir.
Sərgi bir həftə
davam edəcək.
Sədaqət YUSİFQIZI
Azərbaycan.
- 2009.- 19 noyabr.- S. 8.