Azərbaycan Prezidenti İlham Əliyev Ucar-Yevlax avtomobil yolunun açılış mərasimində iştirak etmişdir

 

 Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İpək yolu"nun bir hissəsi olan Ucar-Yevlax avtomobil yolunun yenidənqurmadan sonra açılış mərasimində iştirak etmişdir.

İnşaatçılar dövlət başçısını hərarətlə qarşıladılar.

Nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verdi ki, 52,5 kilometrlik bu yol Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi yolunun bir hissəsidir. Bu yol Göyçay-Zərdab yolunun Ucar hissəsindən başlayır Yevlaxda başa çatır. Ucar, Ağdaş Yevlax rayonlarının ərazisindən keçən bu yolun 44 kilometri 15 metr enində olmaqla ikizolaqlı, 8,5 kilometrlik hissəsi 27,5 metr olmaqla dördzolaqlıdır. Yenidən qurulmasına 2007-ci ilin aprelində başlanılmış bu yolda 5 körpü tikilmişdir onların ikisi Kür çayının üzərindədir. Yol boyunca 74 suötürücüsü quraşdırılmışdır.

Yolun tikintisi həm dövlət büdcəsinin, həm OPEK Fondunun həm İslam İnkişaf Bankının krediti hesabına aparılmışdır.

Tikinti zamanı 612 min kubmetr torpaq işləri görülmüş, 635 min kvadratmetr asfalt örtüyü döşənmişdir.

Bu günədək "İpək yolu"nun Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Gəncə-Qazax hissələri istifadəyə verilmişdir. Hazırda Kürdəmir-Ucar, Yevlax-Gəncə, Qazax-Gürcüstan sərhədi avtomobil yolunun inşası davam edir.

Layihənin ümumi dəyəri 69 milyon 283 min ABŞ dollarıdır.

 İnşaatçılarla görüşən dövlət başçısı dedi:

- Sizi bu yolun tikintisi münasibətilə təbrik edirəm. Çox gözəl yoldur, keyfiyyətlidir, böyük "İpək yolu"nun bir hissəsidir ən yüksək standartlara cavab verir. Mən bu yolun tikintisində iştirak etmiş bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, gələcək illərdə yol tikintisi uğurla davam edəcək Azərbaycanda tikilən bütün yollar ən yüksək standartlara cavab verəcəkdir. Burada həm yerli, həm xarici mütəxəssislər işləyirlər. Bu da çox gözəl əməkdaşlıq nümunəsidir. Sizi bir daha təbrik edirəm. Sağ olun.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən qırmızı lenti kəsdi.

Dövlət başçısı Kür çayının sağ sahilində - Yevlax şəhərində inşa olunacaq mehmanxana kompleksinin layihəsi ilə tanış oldu.

Rayon icra hakimiyyətinin başçısı Elmar Vəliyev Yevlaxda - Kürün sahilində yaradılan bulvar kompleksi barədə məlumat verdi. 1,1 kilometr uzunluğunda, 7,5 hektar ərazidə estakadalar üzərində bulvar kompleksi inşa edilir. Tikinti işlərinə 3 aydır başlanılmışdır. Burada, həmçinin park, çimərlik, balıq ovu üçün göl yaradılacaqdır. Bulvar kompleksində ən müasir standartlara cavab verəcək 52 otaqdan ibarət beşulduzlu mehmanxana tikilir. Dövlət başçısına Kürün sahilində Olimpiya-İdman Kompleksinin inşa ediləcəyi haqqında da məlumat verildi.

Prezident İlham Əliyev inşaatçıları bir daha təbrik etdi, görülən işləri yüksək qiymətləndirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 20 noyabr.- S.2.