Bakı Dağlıq Qarabağ münaqişəsinə dair növbəti danışıqlarda Yerevanın mövqeyinin dəyişməsini gözləyir

 

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair aparılacaq növbəti danışıqlarda Ermənistanın mövqeyində dəyişiklik gözləyir.

Bu sözləri noyabrın 19-da deyən xarici işlər nazirinin müavini Araz Əzimov bildirmişdir ki, ilk növbədə biz əsaslı ətraflı müzakirələr, daha sonra qarşı tərəfin əvvəlki görüşlərdə tutduğu mövqeyində dəyişiklik gözləyirik.

A.Əzimovun sözlərinə görə, əgər bu cür dəyişiklik olmasa, hansısa inkişafdan söhbət gedə bilməz.

Nazir müavini vurğulamışdır ki, Azərbaycanın mövqeyi olduqca aydındır. Biz problemin həllini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görürük. Biz mövqeyimizi əvvəldən bəyan etmişik əsaslandırmışıq. Bu mövqe beynəlxalq birlik tərəfindən tam dəstəklənir. Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına prinsiplərinə əsaslanır.

 

 

Azərbaycan.- 2009.- 20 noyabr.- S. 3.