Milli Məclisin Təhlükəsizlik müdafiə komitəsinin iclası keçirilib

 

Noyabrın 19-da Milli Məclisin Təhlükəsizlik müdafiə komitəsinin iclası keçirilmişdir.

İclasda "Azərbaycan Respublikası hökuməti Rumıniya hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası hökuməti Rumıniya hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması azaldılması sahəsində əməkdaşlıq haqqında" sazişlərin təsdiq edilməsi barədə qanun layihələri müzakirə edilmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan artıq bir neçə ölkə ilə bu sahələrdə ikitərəfli sazişlər imzalamışdır. Azərbaycan Rumıniya Avropa Şurasının terrorçuluğa qarşı mübarizə sahəsində qəbul etdiyi bir neçə konvensiyanın fəal üzvləridir.

Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov hər iki sazişin Azərbaycanın milli dövlət maraqlarına uyğun olduğunu bildirmişdir.

Qanun layihələri məqbul sayılaraq Milli Məclisin geniş iclasında müzakirəyə çıxarılması tövsiyə olunmuşdur.

 

 

Azərbaycan.- 2009.- 20 noyabr.- S. 3.