ABŞ Senatının Təxsisatlar Komitəsi tərəfindən qəbul olunmuş qərar dəstəklənir

 

Azərbaycan Respublikasının Birləşmiş Ştatlardakı səfirliyinin mətbuat xidmətinin məlumatına əsasən, noyabrın 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasında fəaliyyət göstərən Azərbaycan üzrə işçi qrupunun üzvləri - konqresmenlər Bill Şuster, Solomon Ortiz, Robert Veksler xanım Virciniya Foks Senatın Nümayəndələr Palatasının Təxsisatlar komitələrinin xarici əməliyyatlar üzrə alt komitələrinin rəhbərliyinə 2010-cu maliyyə ili üzrə Dövlət Departamentinin büdcəsi haqqında qanun layihəsi ilə bağlı məktub ünvanlamışlar.

 

Senatın Təxsisatlar Komitəsinin xarici əməliyyatlar üzrə alt komitəsinin sədri senator Patrik Lihi azlığın rəhbəri senator Cadd Qreq, habelə Nümayəndələr Palatasındakı eyniadlı alt komitənin sədri Nita Loyi azlığın rəhbəri Key Qreyngerə ünvanlanmış məktubda 2010-cu maliyyə ili üzrə Dövlət Departamenti xarici əməliyyatlar üzrə büdcə layihəsinin Senatda müzakirəsi ərəfəsində ABŞ-ın Azərbaycana yardımı ABŞ-Azərbaycan münasibətlərini inkişaf etdirəcək digər maddələr ilə bağlı Senatın Təxsisatlar Komitəsi tərəfindən qəbul olunmuş qərarın dəstəkləndiyi bildirilmişdir.

Məktubda Azərbaycanın beynəlxalq terrorla mübarizədə, o cümlədən Əfqanıstanda aparılan hərbi əməliyyatlarda oynadığı mühüm rol enerji təhlükəsizliyi sahələrindəki töhfələri xüsusi vurğulanmışdır.

Məktub müəllifləri Senatın Təxsisatlar Komitəsinin Azadlığa Dəstək Aktına 907-ci düzəliş ilə bağlı ABŞ Prezidentinə verilmiş səlahiyyətə yeni şərtlərin əlavə edilməməsinə dair qərarını dəstəklədiklərini bildirmişlər. 907-ci düzəliş ilə bağlı hansısa yeni maddənin qəbul edilməsinin ABŞ-Azərbaycan münasibətlərinə ABŞ-ın regiondakı maraqlarına xələl gətirəcəyi vurğulanmışdır.

Məktubda, həmçinin Senatın Təxsisatlar Komitəsi tərəfindən qəbul edilmiş 2010-cu maliyyə ili üzrə Dövlət Departamenti xarici əməliyyatlar üzrə büdcə layihəsində Dağlıq Qarabağa hansısa yardımın ayrılması ilə bağlı maddəyə yer verilməməsinin dəstəkləndiyi vurğulanmışdır.

Qeyd edilmişdir ki, ABŞ-ın Dağlıq Qarabağın yalnız erməni icmasına humanitar yardım ayırmasının onun ATƏT-in Minsk qrupunun həmsədri kimi ədalətli vasitəçi imicini həmçinin yardımın humanitar məqsədini şübhə altına alacaqdır.

Məlumat üçün nəzərə çatdırırıq ki, 2009-cu il iyulun 9-da ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş 2010-cu maliyyə ili üzrə Dövlət Departamenti xarici əməliyyatlar üzrə büdcə layihəsində Azadlığa Dəstək Aktına 907-ci düzəliş ilə bağlı ABŞ Prezidentinə verilmiş səlahiyyətə yeni şərt əlavə olunmuş habelə Dağlıq Qarabağa humanitar yardım məqsədilə 10 milyon ABŞ dolları məbləğində vəsait ayrılması qərara alınmışdır.

İyulun 9-da Senatın Təxsisatlar Komitəsində 2010-cu maliyyə ili üzrə Dövlət Departamenti xarici əməliyyatlar üzrə büdcə layihəsinə baxılmış Nümayəndələr Palatasından fərqli olaraq, Senatın Təxsisatlar Komitəsi qanun layihəsinə 907-ci düzəliş ya Dağlıq Qarabağa yardım ilə bağlı hansısa maddələr daxil etməmişdir.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2009.-20  noyabr.- S. 3.