Dövlət Film Fondunun nəzdində Uşaq Kino Evi açılmışdır

 

Noyabrın 19-da Azərbaycan Dövlət Film Fondunun nəzdində Uşaq Kino Evinin açılması ilə bağlı kino bayramı keçirilmişdir.

"Uşaq ili-2009" layihəsi çərçivəsində Heydər Əliyev Fondu Azərbaycan Mədəniyyət Turizm Nazirliyi tərəfindən birgə təşkil olunmuş tədbirdə Azərbaycan cizgi filmlərindən ibarət "Bir nağıl söylə mənə" adlı diskin təqdimatı olmuşdur.

Avropa liseyi şagirdlərinin "Mən kino çəkirəm" mövzusunda çəkdikləri rəsm əsərləri, 3 saylı uşaq incəsənət məktəbi şagirdlərinin ifa etdiyi rəqslər bayram iştirakçılarının zövqünü oxşamışdır.

Azərbaycan Dövlət Kukla Teatrının aktyorları balacaları əyləndirmişlər.

Sonda bir qrup məktəbliyə hədiyyələr verilmiş, balaca tamaşaçılar "Nuş olsun" cizgi filminə (rejissoru Firəngiz Qurbanovadır) baxmışlar.

Tədbirdə "Save the Children" (Uşaqları qoruyun) beynəlxalq uşaq təşkilatının nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 20 noyabr.- S. 8.