Avropa İttifaqının Prezidenti zati-aliləri cənab Herman Van Rompeyə

 

Hörmətli cənab Prezident!

Avropa İttifaqının ilk Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, ötən illər ərzində Azərbaycan-Avropa İttifaqı münasibətləri uğurla inkişaf etmişdir. 2006-cı ildən başlayaraq "Yeni Qonşuluq Siyasəti" çərçivəsində səmərəli əməkdaşlıq etmişik. Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış "Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında" Anlaşma Memorandumu da birgə fəaliyyət üçün yeni imkanlar açır.

Düşünürəm ki, "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində əlaqələrimizi qarşılıqlı maraqlar əsasında quracaq, birgə səylərimizlə konstruktiv əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik.

Hörmətli cənab Prezident!

Bu ilin aprel ayında Sizinlə görüşümü yaxşı xatırlayır, bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Dərin hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2009-cu il

 

 Azərbaycan.- 2009.- 21 noyabr.- S. 1.