Avropa İttifaqının
Prezidenti zati-aliləri
cənab Herman Van Rompeyə
Hörmətli cənab
Prezident!
Avropa İttifaqının ilk Prezidenti
vəzifəsinə seçilməyiniz
münasibətilə Sizi
səmimi-qəlbdən təbrik
edirəm.
Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, ötən illər ərzində Azərbaycan-Avropa
İttifaqı münasibətləri
uğurla inkişaf etmişdir. 2006-cı ildən başlayaraq "Yeni Qonşuluq Siyasəti" çərçivəsində
səmərəli əməkdaşlıq
etmişik. Azərbaycan ilə
Avropa İttifaqı arasında imzalanmış
"Enerji sahəsində
Strateji Tərəfdaşlıq
haqqında" Anlaşma
Memorandumu da birgə fəaliyyət üçün yeni imkanlar açır.
Düşünürəm ki, "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində
əlaqələrimizi qarşılıqlı
maraqlar əsasında
quracaq, birgə səylərimizlə konstruktiv
əməkdaşlığımızı
daha da inkişaf
etdirəcəyik.
Hörmətli cənab
Prezident!
Bu ilin aprel ayında
Sizinlə görüşümü
yaxşı xatırlayır,
bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik,
qarşıdakı məsul
fəaliyyətinizdə uğurlar
diləyirəm.
Dərin hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
20 noyabr 2009-ci il
Azərbaycan.- 2009.- 21 noyabr.- S. 1.