"Gilan ənd Knauf Gipso-karton" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə tanışlıq

 

Prezident İlham Əliyev noyabrn 20-də Goranboya səfəri çərçivəsində "Gilan ənd Knauf Gipso-karton" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, gips-karton istehsalı üzrə Qafqaz regionunda bənzəri olmayan bu müəssisənin fəaliyyətə başlaması 900-dən çox adamın işlə təmin olunmasına şərait yaratmışdır. Müəssisə müxtəlif növ gips-karton lövhələri istehsal etmək imkanına malikdir. Bu materialdan indi inşaatda - binaların daxili üzlənməsində, arakəsmə asma tavan konstruksiyalarının qurulmasında daha çox istifadə olunur. O, ekoloji cəhətdən təmizdir, tərkibində toksik maddələr yoxdur ətraf mühitə zərərli təsir göstərmir, o cümlədən odadavamlıdır.

Daha sonra Prezident İlham Əliyev müəssisənin ərazisində yeni kalsid zavodunun açılışında iştirak etdi.

Dövlətimizin başçısı zavodu işə salan düyməni basdı.

Prezident İlham Əliyev zavodun istehsal etdiyi məhsullarla tanış oldu, kollektivə uğurlar arzuladı, tapşırıq tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 noyabr.- S. 3.