Goranboyda yeni hotel açılmışdır
Noyabrın 20-də "Goranboy" hoteli istifadəyə verilmişdir. Prezident İlham
Əliyev açılış
mərasimində iştirak
etmişdir.
Dövlətimizin başçısına məlumat
verildi ki, mehmanxana kompleksinin tikintisinə 2008-ci ilin iyununda başlanmışdır. İnşaat işləri ən yüksək səviyyədə
və qısa müddətdə görülmüşdür.
Üçmərtəbəli mehmanxanada 18 nömrə
qonaqların ixtiyarına
verilmişdir. Ümumilikdə, mehmanxanada eyni vaxtda 36 nəfərin qalması üçün
bütün şərait
vardır. Otaqların hamısı
şəhərin və
kompleksin daxili ATS-nə qoşulmuş telefonla, habelə internet bağlantısı olan kompüterlərlə təmin
edilmişdir.
Prezident İlham
Əliyevə məlumat
verildi ki, ümumi ərazisi 7,5 hektar olan
kompleks bütün zəruri kommunal xidmətlərlə təchiz
edilmiş, ərazi abadlaşdırılmış, yaşıllıq zolağı
salınmış, örtülü
istirahət guşələri
yaradılmışdır. Bildirildi ki, gələcəkdə
mehmanxana kompleksinin ərazisi genişləndiriləcək,
burada park salınacaq,
ərazidə idman meydançası tikiləcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 21 noyabr.- S. 3.