Milli Məclisdə "Azərbaycan qanunvericiliyində uşaq hüquqları" kitabının təqdimatı olmuşdur

 

Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli demişdir ki, nəşr Azərbaycanda "Uşaq ili" çərçivəsində həyata keçirilən tədbirlərə Milli Məclisin növbəti töhfələrindən biridir.

Milli Məclis Aparatının rəhbəri, kitabın məsul redaktoru Səfa Mirzəyev nəşrin hazırlanmasında əməyi olan hər kəsə öz minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva hər zaman uşaq problemlərinə həssaslıqla yanaşmışlar. Ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində bir neçə dövlət proqramı icra edilmiş və edilməkdədir. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət birbaşa nəzarət edir.

Kitabda qeyd olunmuşdur ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Nəşrdə Azərbaycan Respublikasının uşaq hüquqlarının müdafiəsi ilə bağlı əsas qanunvericilik aktları yer almışdır. Bu, uşaq hüquqları ilə məşğul olan dövlət qurumları, ictimai birliklər, qeyri-hökumət təşkilatları, mütəxəssislər, valideynlər üçün zəngin məlumat toplusudur.

Tədbir iştirakçıları, o cümlədən uşaq parlamentinin üzvləri belə bir kitabın nəşrini yüksək qiymətləndirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 noyabr.- S. 5.