Latviya Respublikasının
Prezidenti zati-aliləri
cənab Valdis Zatlersə
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Latviya Respublikasının elan edilməsi günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Bu gün Azərbaycan ilə Latviya arasındakı münasibətlər dinamik inkişaf yolundadır. Əminəm ki, mütəmadi görüşlərimiz, genişlənən siyasi dialoqumuz iki ölkə arasındakı münasibətlərin hərtərəfli inkişafına, əlaqələrimizin bütün sahələrdə möhkəmləndirilməsinə daim öz müsbət təsirini göstərəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 3 noyabr
2009-cu il
Azərbaycan.- 2009.- 18 noyabr.-
S. 1.