BMT- Azərbaycan tərəfinin Dağlıq Qarabağa dair daha bir sənədi yayılmışdır

 

BMT Baş Məclisinin 64-cü sessiyasının gündəliyindəki 14-cü 18-ci bəndlər - "GUAM ərazisində davamlı münaqişələr onların beynəlxalq sülh, təhlükəsizlik inkişafa təsiri" "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" məsələləri ilə bağlı BMT Baş Məclisinə Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin nümayəndə heyətlərinə "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü: səbəblər nəticələr" adlı hesabat təqdim edilmişdir.

 

Baş Məclisin sənədi kimi yayılan faktlarla zəngin 30 səhifəlik hesabat bir neçə fəsildən ibarətdir: "Münaqişənin tarixi", "Sovet dövründə Ermənistan ərazisinin genişləndirilməsi əhalisinin demoqrafik tərkibinin dəyişdirilməsi", "Dağlıq Qarabağ muxtar bölgəsi Azərbaycan SSR-in tərkibində", "Münaqişənin müasir mərhələsinin başlanması", "Münaqişənin qızışması, gedişatı nəticələri", "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət", "Vasitəçi səyləri" "Münaqişənin həllində Azərbaycanın mövqeyi".

Hesabatın giriş hissəsində vurğulanmışdır ki, hazırkı sənəd Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi tərəfindən 2008-ci 2009-cu illərdə beynəlxalq təşkilata təqdim etdiyi "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün hüquqi nəticələri", "Dövlətlərin ərazi bütövlüyü öz müqəddəratını təyinetmə fundamental normaları Ermənistanın işğalçı siyasəti baxımından", "Hərbi işğalçı kimi Ermənistanın beynəxlaq hüquqi öhdəlikləri" haqda hesabatlar digər sənədlərə əlavədir. Bununla Azərbaycan Respublikası münaqişənin həlli ilə bağlı beynəlxalq hüquq normaları prinsiplərinə əsaslanan mövqeyini çatdırmışdır. Hesabatda o da qeyd olunmuşdur ki, Ermənistanın BMT-dəki daimi nümayəndəliyi öz növbəsində bu sənədlərə cavab olaraq Dağlıq Qarabağla bağlı bu ilin mart ayında memorandum yaymışdır. Lakin maraqlısı budur ki, bu sənəddə münaqişənin həlli ilə bağlı istinad gətirilən sənədlərin arasında BMT Təhlükəsizlik Şurası Baş Məclisinin müvafiq qətnamələri, ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatları, ATƏT-in Parlamet Assambleyasının qətnaməsi xatırlanır. Halbuki məhz BMT-nin qərarları problemin həllinə dair ən nüfuzlu sənədlərdir. Azərbaycan tərəfi ümid edir ki, BMT-nin üzvü olan dövlətlər Ermənistanı təcavüzkar siyasətindən əl çəkməyə, beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa, sülh danışıqlarında səmimi mövqedən çıxış edərək uzunmüddətli həll yolu tapmağa inandıracaqlar.

 

 

Səfəq AKİFQIZI,

AzərTAc-ın xüsisi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2009.-  18 noyabr.- S. 4.