Türkiyə hər zaman Azərbaycanın yanındadır

 

Tarixin sınaqlarından daim uğurla çıxan Azərbaycan-Türkiyə birliyi regionda cərəyan edən son hadisələr fonunda bir daha sarsılmaz olduğunu nümayiş etdirdi. Bir sıra bədxah qüvvələr isə bu il avqustun 31-də İsveçrənin Sürix şəhərində Ankara Yerevan arasında "Diplomatik münasibətlərin qurulması haqqında Protokol"un "İkitərəfli münasibətlərin inkişafı haqqında Protokol"un razılaşdırılmasından sonra Azərbaycan-Türkiyə müttəfiqliyinə xələl gələcəyini iddia edərək bu istiqamətdə fəal təbliğata başladılar. Həmin qüvvələr iddia edirdilər ki, sözügedən protokollarla Türkiyə Ermənistanla sərhədlərin yalnız Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsindən sonra mümkünlüyünə dair Yerevan qarşısında qoyduğu əsas şərtdən geri çəkilir. Buna sübut kimi protokollarda Dağlıq Qarabağ münaqişəsilə bağlı heç bir fikrin yer almadığı göstərilirdi.

 

Lakin belə iddialara Türkiyə rəsmilərinin, o cümlədən Prezident Abdullah Gülün, Baş nazir Rəcəb Tayyib Ərdoğanın, Böyük Millət Məclisinin Sədri Mehmet Əli Şahinin, xarici işlər naziri Əhməd Davudoğlunun digər rəsmilərin cavabları çox qısa konkret oldu. Onlar bildirdilər ki, Azərbaycan əraziləri işğaldan azad olunmayanadək Ermənistanla sərhədlərin açılmasından söhbət gedə bilməz Türkiyə sona kimi bu şərtinin arxasındadır. Bu mövqe birmənalı şəkildə Türkiyə ictimaiyyəti, eləcə əksər siyasi partiyalar tərəfindən nümayiş olunmaqdadır. Artıq Səadət Partiyası, Cümhuriyət Xalq Partiyası, Demokratik Sol Partiya, Böyük Birlik Partiyası, Demokrat Partiyası digərləri qəti şəkildə bəyan ediblər ki, Ermənistanın silahlı birləşmələri işğal altında saxladıqları Azərbaycan ərazilərini tərk etdikdən sonra sərhədlərin açılması mümkün ola bilər.

Azərbaycanın strateji tərəfdaşı olan Türkiyənin bu mövqeyi Baş nazir Rəcəb Tayyib Ərdoğanın oktyabr ayının yekunları ilə bağlı xalqa müraciətində yenidən öz əksini tapıb. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin dialoq yolu ilə həllini istədiyini bildirən cənab Ərdoğan qeyd edib: "Biz prosesin əvvəlindən Azərbaycanın maraqlarını öz marağımız saymışıq, onu bütün zəminlərdə həssasiyyətlə müdafiə etmişik". Baş nazirin sözlərinə görə, Türkiyənin Azərbaycanla heç bir ayrı-seçkiliyi yoxdur: "Bizim Azərbaycanla ayrımız-qeyrimiz yoxdur, ola da bilməz. Biz azərbaycanlı qardaşlarımızın məsələlərini öz məsələlərimiz kimi görürük".

Xalqa müraciətində Rəcəb Tayyib Ərdoğan onu da bildirib ki, Azərbaycandan olan millət vəkilləri ilə görüşündə bu ilin mayında Milli Məclisdə verdiyi bəyanatın arxasında olduğunu bir daha diqqətə çatdırıb. O, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun da oktyabrda Azərbaycana səfər etdyini baş verənləri rəsmi Bakı Azərbaycan xalqı ilə paylaşdığını xatırladıb: "Nazirdən sonra Türkiyə Böyük Millət Məclisi Xarici əlaqələr komissiyasının üzvləri Bakıya getdilər bir sıra görüşlər keçirdilər. Bizim Azərbaycan xalqının maraqlarına xələl gətirəcək bir prosesin içində olmağımız, belə bir şeyə izin verməyimiz mümkün deyil. Dünyanın bugünkü gedişatı içərisində bölgəmizdəki anlaşılmazlıqları aradan qaldırmaq, münasibətləri inkişaf etdirmək, hər sahədə birliyi içərisində olmaq bütün ölkələrin mənfəətlərinə uyğundur".

Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Mustafa Kabakçı da qeyd edib ki, Ermənistanla imzalanmış protokolların təsdiqlənməsi Qarabağ məsələsində irəliləyiş olmadan mümkünsüzdür: "Mən parlamentin üzvüyəm. Qarabağ məsələsində irəliləyiş olmadan protokolların təsdiqlənməsi ehtimalını görmürəm. Türkiyədəki parlamentimizdəki ümumi qənaət budur". Onun sözlərinə görə, Sürixdə protokollar imzalanarkən masanın arxasında dayanan Minsk qrupunun həmsədr ölkələri indi vəzifələrini yerinə yetirmək məcburiyyətindədirlər: "Onlar işğal altındakı Azərbaycan torpaqlarının geri qaytarılmasını təmin etməlidirlər. Bu məsələdə irəliləyiş Türkiyə ictimaiyyətini rahatladacaq. İrəliləyiş olmazsa, mən bu protokolların parlamentdən keçməsinin mümkün olmadığı qənaətindəyəm. Buna da əminəm".

Ölkəmizə səfəri çərçivəsində Türkiyə Quru Qoşunları komandanı, ordu generalı İşıq Koşaner Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını, onun Silahlı Qüvvələrinin inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəklərini, qarşılıqlı əlaqələrin əməkdaşlığın hər iki qardaş xalqın mənafelərinə xidmət edəcəyini bildirib.

Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etmədən sərhədlərin açılmasının mümkün olmayacağına dair mövqe, demək olar ki, Türkiyənin bütün ictimaiyyəti tərəfindən dəstəklənir. Belə qəti mövqe nümayiş etdirən bu məsələdə kifayət qədər prinsipial mövqe tutan siyasi qüvvələrdən biri Milliyətçi Hərəkat Partiyasıdır (MHP). Ümumiyyətlə, cari ilin fevralında Türkiyə Ermənistan arasında sərhədlərin açıla biləcəyinə dair məlumatlar yayıldıqdan dərhal sonra MHP-nin bu məsələyə mövqeyi kifayət qədər sərt oldu. Bu partiya birmənalı şəkildə bəyan etdi ki, Azərbaycan torpaqları işğaldan azad olunmayana kimi Ermənistanla sərhədlər açıla bilməz belə bir hala cəhd göstərilərsə, MHP buna qarşı qəti mübarizəyə başlayacaq.

Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların xarici işlər naziri Əhməd Davudoğlu tərəfindən parlamentə təqdimatı zamanı isə MHP fraksiyasının rəhbəri Oqtay Vural deyib: "Protokolların imzalanmasına şahidlik edən dövlətlərdən soruşuram: bu prosesə mane olan tərəf kimdir? Türkiyənin torpaqlarının bir hissəsini "Qərbi Ermənistan" elan edən Ermənistan dövləti deyilmi? Bursaya enən təyyarədə asılan bayraqda Ağrıdağın emblemi yoxdumu? Xocalıda insanlığa qarşı cinayət törədən, bir milyon insanı yurdundan qovan Ermənistan deyilmi? Bu cinayətləri törədən ölkə ilə münasibətləri normallaşdırmaq adı altında siyasət yürütmək həmin cinayətlərə şərik olmaq deyilmi? Buna millətimiz icazə verər ki, protokolların parlamentdə təsdiqlənməsini istəyirsiniz? Mənə elə bir ölkə göstərin ki, sənin dövlətinə qarşı ərazi iddiası irəli sürüləcək, qonşu ölkənin torpaqlarını işğal edəcək, sən gedib onun əlini sıxacaqsan!" Oqtay Vural onu da bəyan edib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayınca, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyincə MHP bu ölkə ilə diplomatik münasibətlərin qurulmasına qarşı çıxacaq.

MHP-çi deputat Şenol Bal isə qeyd edib ki, heç bir qüvvə Azərbaycan Türkiyənin arasına girib nifaq sala bilməz: "Buna heç kimin gücü çatmaz. Biz toplum olaraq buna imkan verməyəcəyik". O, bir daha MHP-nin Türkiyə ilə Ermənistan arasında protokolların imzalanmasının əleyhinə olduğunu xatırladıb.

Oktyabrın 28-də Prezident İlham Əliyevlə görüşən Türkiyə Böyük Millət Məclisi Xarici əlaqələr komissiyasının üzvü, MHP-çi Dəniz Bölükbaşı isə bunları bildirib: "Türkiyə üçün Azərbaycanın azərbaycanlı qardaşlarımızın xüsusi yeri olduğu bir həqiqətdir. Bizim üçün heç bir siyasi layihə, düşüncə, mülahizə, xarici siyasət amili azərbaycanlı qardaşlarımızın dostluğundan vacib deyildir. Azərbaycan Türkiyənin türk dünyası ilə münasibətlərinə rəhbərlik edir. Azərbaycanın itirilməsi kimi fikirlər Türkiyədə heç kəsdə ola bilməz".

Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara toxunan Dəniz Bölükbaşı daha sonra bildirib: "Milliyətçi Hərəkat Partiyası iki səbəbdən protokolların əleyhinədir. Birincisi Türkiyəni maraqlandıran səbəblərdir. Öz Konstitusiyasında İstiqlaliyyət Bəyannaməsində Türkiyənin ərazi bütövlüyünə iddia edən qondarma soyqırımı əsasında beynəlxalq kampaniya təşkil edən ölkə ilə beynəlxalq hüquqa uyğun olaraq, öz mövqeyindən əl çəkməyənə qədər protokolların imzalanmasının əleyhinəyik.

İkinci əsas səbəb Dağlıq Qarabağ yeddi rayonun işğalının davam etməsidir. Bizim bu protokollara olan baxışımız hörmətli Baş nazirimizin burada ifadə etdiyi kimi, yeddi rayon işğaldan azad edilmədən, Laçın dəhlizi məsələsində Dağlıq Qarabağın yekun statusu ilə bağlı azərbaycanlı qardaşlarımızın qəbul edəcəyi razılaşma əldə olunmadan bu protokolların TBMM-in bizim komissiyamızın gündəminə gəlməsidir.

Bütün bunlar bir daha Türkiyənin aparıcı siyasi qüvvələrinin, o cümlədən MHP-nin Azərbaycan əraziləri işğaldan azad edilməyənə kimi Türkiyə Ermənistan sərhədlərinin açılmasının qəti əleyhinə olduqlarını bu məsələdə prinsipial mövqedə dayandıqlarını təsdiqləyir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.-  18 noyabr.- S.4.