Səfirliyin yeni kompleksində bayrağın qaldırılması mərasimi keçirilmişdir

 

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyindən bildirmişlər ki, noyabrın 17-də - Milli Dirçəliş Günü səfirliyin yeni inşa edilmiş kompleksində Azərbaycanın dövlət bayrağının qaldırılması mərasimi təşkil edilmişdir.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra səfir Eynulla Mədətli üçrəngli bayrağımızın ilk dəfə ucaldığı zamandan 70 il sonra, yəni 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ulu öndər Heydər Əliyev tərəfindən yenidən qaldırıldığının tarixi əhəmiyyətini vurğulamışdır. O, səfirlikdə bayrağın qaldırılması mərasiminin məhz bu gündə keçirilməsinin çox əlamətdar olduğunu, xalqımızın istiqlal mübarizəsi dövlətçiliyimizin memarı Heydər Əliyevin ideyaları ilə səsləşdiyini vurğulamışdır. Türkiyənin Pakistandakı səfiri Mustafa Babur, Şimali Kiprin təmsilçiliyinin rəhbəri xanım Hasibə Şahoğlu qardaş Azərbaycanın bayrağının həmişə yüksəklərdə dalğalanmasını arzulamışlar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı qayğısı ilə İslamabadın diplomatik şəhərciyində hökumətimizin aldığı torpaq sahəsində 2007-ci ildə inşasına başlanmış səfirlik kompleksi cari ilin noyabrında istifadəyə verilmişdir. İnzibati bina, səfirin iqamətgahı, əməkdaşların yaşayış binası, mədəniyyət mərkəzi qonaq evindən ibarət olan kompleksin rəsmi açılış mərasiminin gələn ilin yanvarında keçirilməsi nəzərdə tutulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 18 noyabr.- S. 5.