Livan Respublikasının
Prezidenti zati-aliləri
cənab Mişel Süleymana
Hörmətli cənab
Prezident!
Milli bayramınız - Müstəqillik
günü münasibətilə
Sizi və bütün Livan xalqını səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Livan münasibətləri xalqlarımızın
mənafelərinə uyğun
olaraq daim dostluq və əməkdaşlıq ruhunda
inkişaf edəcəkdir.
Sizə möhkəm
cansağlığı, işlərinizdə
uğurlar, dost xalqınıza
əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 noyabr 2009-cu il
Azərbaycan.- 2009.- 22 noyabr.- S. 1.