Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu müsəlman liderlərindən biri elan olunmuşdur

 

ABŞ-ın Corctaun Universitetinin şahzadə Əl Valid Bin Təlal Müsəlman-Xristian Anlaşması Mərkəzi "Dünyanın 500 ən nüfuzlu müsəlmanları" adlı kitabın birinci cildini çap etmişdir.

Kitabın elektron variantı Mərkəzin internet saytında yerləşdiriləcəkdir. Elm, siyasət, idarəetmə, gənclər, qadınlar, inkişaf digər sahələrdə 500 nəfər görkəmli müsəlman xadimlərinin adlarının açıqlandığı kitaba Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı daxil edilmişdir. Kitabda bildirilir ki, Prezident İlham Əliyevin mötədil islam mədəniyyətinin tərəfdarı olması ölkə əhalisinin istəyinin göstəricisidir.

 

 

Azərbaycan.- 2009.- 22 noyabr.- S. 1.