İsveçrədə "Xocalıya
ədalət" Beynəlxalq
kampaniyası çərçivəsində
aksiya
İslam Konfransı Təşkilatı
Gənclər Forumunun
media departamentindən bildirmişlər
ki, noyabrın 19-20-də
İsveçrənin Bazel
və Sürix şəhərlərində "Xocalıya ədalət"
kampaniyasına dəstək
aksiyaları keçirilmişdir. Aksiyalar "İsveçrədə
Azərbaycan mədəniyyəti
günləri"nə həsr
olunmuş konsertlər
çərçivəsində təşkil edilmişdir.
Konsertlər ərəfəsində "Xocalıya
ədalət" beynəlxalq
məlumat və təşviqat kampaniyasının
aksiyaları zamanı
yerli könüllülər
tərəfindən posterlər
şəhərin mərkəzi
küçələrində divarlara yapışdırılmış
və kampaniya haqqında məlumat bukletləri küçələrdə
paylanmışdır. Aksiyaya dəstək
məqsədi ilə konsert zamanı "Xocalıya ədalət"
kampaniyasının təbliğat
xarakterli çap materialları (kampaniyanın
loqosunu və veb-saytını əks etdirən döş nişanı, qolbaq və məlumatlandırıcı
bukletlər) tamaşıçılara
təqdim edilmişdir.
Aksiyaya dəstək göstərən
İsveçrənin tanınmış
müğənnisi Greis
ingilis və fransız dillərində
"Xocalıya ədalət"
yazısı əks olunan mayka ilə
səhnəyə çıxmışdır.
H.O.S.T qrupu öz
çıxışını "Xocalıya ədalət"
devizi ilə başlamışdır.
Konsert aksiya
iştirakçıları tərəfindən böyük
maraqla qarşılanmışdır.
"Xocalıya ədalət"
kampaniyasına dəstək aksiyası 10 dekabr-Beynəlxalq
İnsan Haqları Günü ilə əlaqədar BMT-nin
Cenevrədəki mənzil-qərargahında keçiriləcək
beynəlxalq konfransla davam edəcəkdir
Azərbaycan.- 2009.- 22 noyabr.- S. 1.