Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyinə həsr olunmuş festivala yekun vurulmuşdur

 

Noyabrın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bəstəkarlar İttifaqının 75 illik yubileyinə həsr olunmuş Beynəlxalq musiqi festivalına yekun vurulmuşdur.

İttifaqın sədri, xalq artisti Firəngiz Əlizadə bildirmişdir ki, "Bakı İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ili çərçivəsində ölkəmiz bir-birindən maraqlı onlarla tədbirə ev sahibliyi etmişdir.

Natiq demişdir ki, Prezident İlham Əliyevin Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyinin keçirilməsi haqqında sərəncamına uyğun olaraq təntənəli yubiley tədbirləri uğurla başa çatdırılmışdır.

Festival çərçivəsində simfonik, kamera-instrumental, vokal-instrumental, estrada digər janrlarda yeni əsərlər səslənmişdir. Altı gün ərzində "Azərbaycan bəstəkarlıq məktəbi: axtarışlar perspektivlər" mövzusunda beynəlxalq konfrans, "Musiqi dünyası" jurnalının 10 illik yubileyinə həsr olunmuş tədbir, "Gənclər - avanqardda: səslər rənglər aləmində" konsert-sərgi, həmin mövzuda "dəyirmi masa" keçirilmişdir.

Bildirilmişdir ki, gənc bəstəkarlar arasında "Ən yaxşı konsert pyesi" üzrə təşkil olunmuş müsabiqədə münsiflər heyətinin qərarı ilə Rüfət Xəlilovun bəstələdiyi simfonik orkestr üçün Rapsodiya birincilik qazanmışdır.

İttifaqın sədri laureata fəxri fərman təqdim etmişdir.

Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Balnur Kadırbek yubiley munasibətilə Azərbaycan bəstəkarlarını təbrik etmiş Firəngiz Əlizadəyə xatirə hədiyyəsi vermişdir.

Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Rüfət Xəlilovun, Kamal Əhmədovun, Ağadadaş Dadaşovun, ukraynalı İqor Şerbakovun moldovalı Gennadi Çobanunun əsərləri səslənmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqının yubiley tədbirləri tanınmış bəstəkarımız Fikrət Əmirovun "Azərbaycan kapriççiosu" ilə başa çatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 18 noyabr.- S. 6.