Tanrı obrazları
Şumer rəssamlarının
əsərləri arasında
tanrı təsvirləri
xüsusi yer tutur. Bunlar, hər şeydən əvvəl, tanrıya sevginin ən gözəl ifadəsidir. Bütün əsərlərdə
tanrılar insan şəklində təsvir
edilmişdir.
Başqa bir şəkildə Enki öz oğlanları
ilə birlikdə təsvir edilmişdir. Bu şəkildə tanrı
Enki oturmuşdur.
Altı nəfər sırayla onun qarşısında durmuşdur. Bir nəfər
də arxasındadır,
boyca digərlərindən
kiçikdir. Enkinin yeddi
arvaddan yeddi oğlu olması haqqındakı miflərlə
bu şəkildəki
oğlanlarının sayı
uyğun gəlir.
Enkinin özu qanadlı təsvir edilmişdir.
Arxeoloji qazıntılar zamanı bəlli olmuşdur ki, tanrı rəsmləri ən çox onların məbədlərinin və
çar saraylarının
divarlarında çəkilmişdir. Hər tanrının
bir şəhərdə
evi olmuş və bu evlər
sonradan məbədlərə
çevrilmişdir. Hər şəhərin
və o şəhərin
çarının da
öz himayəçi
tanrısı olmuşdur.
Məbədlərin və sarayların
divarlarında daha çox himayəçi tanrıların şəkilləri
çəkilmişdir.
Belə şəkillərdən birində
Günəş tanrısı
Utu taxtda oturmuşdur. Çar onun qarşısında
dayanmışdır. Utunun taxtının qarşısında
səkkizguşəli ulduz
qoyulmuşdur. Bu, sevgi, məhəbbət tanrısı, Utunun əkiztay bacısı İnannanın rəmzidir.
Buna oxşar başqa
şəkildə Ay tanrısı
Nannar taxtda oturmuşdur. Onun başının
üstündə aypara
şəkli var. Bu da Ayın rəmzidir. Nannarın taxtı Utunun taxtına çox oxşayır. Onların
hər ikisinin qəbulunda üç adam dayanmışdır.
Ola bilsin ki, hər
iki əsər eyni müəllifin qələmindən çıxmışdır.
Tanrı Enkinin oğlanlarından biri Xıdırdır. Bu ada Marduk kimi
də rast gəlinir. Xıdırın oğlu isə
Nəbidir. Nəbi müdriklik
tanrısıdır. Görünür, Xıdır birinciliyi ələ aldıqdan sonra atası Enkinin vəzifəsini oğlu Nəbiyə vermişdir. Xıdırın
Tiamatla döyüşünə
və onu öldürməsinə aid maraqlı
bir təsvir var. Bu təsvir
Xıdırın Tiamatla döyüş səhnəsi maraqlı bir sənət əsəridir. Xıdırın qanadlarını götürsək, tanrı
Enkinin tək şəklinə çox
oxşayır. Ata-oğul hər iki tanrının paltarlarından, papaqlarından
tutmuş həm geyimləri, həm də bədən quruluşları (əlləri,
ayaqları, saqqalı,
baldır əzələləri
və s.), demək olar ki, bir-birinin
eynidir. Xıdır da, Tiamat da qanadlıdır. Xıdır insan şəklində təsvir edilmiş və hər iki əlində silah tutmuşdur. O, Tiamatın üstünə
gedir və Tiamat arxasına baxa-baxa ondan qaçır. Tiamatın əl və
ayaq barmaqlarında qartal caynağı təsvir edilmişdir.
Qala şəhərindəki Ninurtanın
məbədinin divarında
bir rəsm tapılmışdır. Bu məbədi 1853-cü ildə
Ostan Henri Leyard üzə çıxarmışdır.
Şəkildə Ninurta əcaib
bir varlığı qovur. Süjet Xıdırla Tiamatın
döyüş səhnəsinin
eynidir. Hətta Ninurtanın döyüşdüyü
əcaib varlıq Tiamatdan qətiyyən fərqlənmir. Onun əlləri,
ayaqları, caynaqları,
quyruğu, qanadları
- bir sözlə, bütün bədəni Tiamatın şəklinin surətindən başqa bir şey deyil.
Bu əcaib varlığın
duruşu da Tiamatın duruşunun eynidir. Ninurtanın şəkli də Xıdırın şəklindən
çox az
fərqlənir. Onun da qanadları, əlində silahı var. Silahlar da eynidir. Ninurta əcaib heyvanı qovur, o da ağzını
açıb geri baxa-baxa qaçır.
Qarşısında bir insan durub. Bir çox mütəxəssislər
onun çar II Aşşurnəsirpal olduğunu
düşünürlər.
Müqayisələr bu fikri söyləməyə
tam əsas verir ki, hər iki
rəsm əsərini
eyni rəssam işləmişdir. İnsan şəkli ora
sonradan əlavə edilmişdir. Çünki hər iki şəklin
süjeti, kompozisiyası,
ifadə etdiyi fikir, bədən təsvirləri tamamilə
üst-üstə düşür.
Ona görə hər iki rəsm əsərini
Tiamatla döyüş
səhnəsi adlandırmaq
olar. Onlardan birincidə Tiamatla
Enkinin oğlu Xıdırın (Marduk), ikincidə Enlilin oğlu Ninurtanın döyüşdüyü təsvir
edilmişdir.
İslam SADIQ,
filologiya elmləri namizədi
Azərbaycan.- 2009.- 22 noyabr.- S. 7.