Cavid ocağı

 

Salatın Əhmədlinin yenicə çapdan çıxmış "Hüseyn Cavidin ev muzeyi" adlı kitabı böyük dramaturqun ev-muzeyinə həsr edilib. Kitab maraqlı oxunaqlı bir dillə qələmə alınıb. Burada xronoloji ardıcıllıqdan daha çox Cavid irsinə səngiməz bir məhəbbət duyulur. Cavidlər ailəsi qədər ağır tale yaşasa da, həqiqət sonda qələbə çalıb. Vaxtilə böyük Cavidin dediyi:

 

Bəni öldürsələr , bən yaşarım,

Tərk edib xəlqi, Xaliqə qoşarım

 

misraları bir daha təsdiqlədi ki, Tanrı öz yaratdığı dahiləri həmişə ölümsüzlüyə qovuşdurur. Cavid yenə öz xalqının içindədir. Onun qəlbində düşüncələrindədir.

Nəfis tərtibatla çap olunmuş kitabda Hüseyn Cavidin, Mişkinaz xanımın, Turan Cavidin, Ərtoğrolun, muzeydəki eksponatların şəkilləri verilib.

 

 

Azərbaycan.- 2009.-22 noyabr.- S. 7.