Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Prezidenti Serj Sarkisyan Münxendə görüşmüşlər

 

Noyabrın 22-də Fransanın Münxendəki baş konsulunun iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın görüşü olmuşdur.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın, ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratkenin (ABŞ), Bernar Fasyenin (Fransa), Yuri Merzlyakovun (Rusiya), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin iştirak etdikləri görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 24 noyabr.- S. 1.