İsmayıllı rayonunda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında

 

Son illər İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görülmüşdür. Bu sahədə fəaliyyətin davam etdirilməsi, 8000 nəfərə qədər əhalinin yaşadığı İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan Vəng kəndlərinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması üçün Göyçay çayından 35 km uzunluğunda su kəmərinin çəkilməsi digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 3,5 milyon (üç milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 24 noyabr.- S. 1.