Rusiya Federasiyası nəqliyyat kompleksinin innovasiya inkişafı sərgisi ilə tanışlıq

 

Volqa çayı üzərində körpü-keçidin açılışından sonra Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedev "Rusiya Federasiyası nəqliyyat kompleksinin innovasiya inkişafı" mövzusunda sərgi ilə tanış olmuşlar.

Prezidentlər İlham Əliyev Dmitri Medvedevə Rusiyanın nəqliyyat sisteminin müasir tələblərə uyğun inkişafına xidmət edəcək innovasiya layihələri nümayiş etdirilmişdir.

Sərgidə sürücülərin zamanı əmək istirahətinə nəzarət terminalı, yüksəksürətli qatarların maketləri, qaz-turbin güc qurğulu lokomotivlər, qatarların avtomatlaşdırılmış idarəetmə sistemi sair layihələrə yer verilmişdir.

Dövlət başçılarına bildirilmişdir ki, yüksək sürət qatarları Moskva ilə Sankt-Peterburq arasında məsafəni 3 saat 40 dəqiqəyə qət edə bilər.

Bundan başqa, prezidentlər İlham Əliyev Dmitri Medvedevə QLONASS texnologiyasına əsaslanan intellektual nəqliyyat sistemi layihəsi göstərilmişdir.

Rusiya Prezidenti bir sıra layihələrin tezliklə reallaşdırılması bazara çıxarılması barədə tapşırıqlarını vermişdir.

Dövlət başçıları Volqa üzərində körpünü tikən inşaatçılarla da söhbət etdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 25 noyabr.- S. 2.