Prezident İlham Əliyev
V.İ.Leninin ev-muzeyi ilə tanış olmuşdur
Noyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Ulyanovskda V.İ.Leninin ev-muzeyi ilə tanış olmuşdur.
Dövlət başçısı burada Ulyanovlar ailəsinin şəxsi əşyalarına - fotoşəkillərə, kitablara, məişət ləvazimatına baxmışdır.
Azərbaycan Prezidentinə məlumat verilmişdir ki, uzun illər boyu bu evin müxtəlif sahibləri olmuşdur. 1923-cü ildə həmin ev milliləşdirilmişdir. Elə həmin il dekabrın 10-da burada Rusiyada ilk dəfə olaraq V.İ.Lenin adına İnqilab tarixi muzeyi açılmışdır. 1928-1929-cu illərdə muzeydə hərtərəfli bərpa işləri aparılandan sonra o, V.İ.Leninin memorial-məişət ev-muzeyinə çevrilmişdir. Muzeyin yaradılmasında Ulyanovlar ailəsinin üzvləri iştirak etmişlər. Muzey açılandan indiyə qədər buranı dünyanın yüzdən çox ölkəsindən 13,7 milyon nəfər ziyarət etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev V.İ.Leninin ev-muzeyinin Xatirə kitabına ürək sözlərini yazdı.
AzərTAc
Azərbaycan.- 2009.- 25 noyabr.- S. 2.