Səfər başa çatdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Rusiya Federasiyasının Ulyanovsk şəhərinə işgüzar səfərini başa çatdıraraq Vətənə yola düşmüşdür.
Ulyanovsk
şəhərinin "Vostok" Beynəlxalq hava limanında
Prezident İlham Əliyevi Ulyanovsk vilayətinin yüksək vəzifəli
hökumət nümayəndələri yola saldılar.
* * *
Dövlət
başçısı elə həmin gün Bakıya
qayıtmışdır.
Prezident
İlham Əliyevi Heydər Əliyev adına Beynəlxalq hava
limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının
rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra
Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov
qarşıladılar.
AzərTAc
Azərbaycan.- 2009.- 25 noyabr.- S. 2.