Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin sədri zati-aliləri cənab Jelko Komşiçə
Hörmətli cənab Sədr!
Ölkənizin milli bayramı - Bosniya və Herseqovinanın yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da öz inkişafını davam etdirəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, Bosniya və Herseqovinanın dost xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 16 noyabr 2009-cu il
Azərbaycan.- 2009.- 25 noyabr.- S. 2.