Akademik Ramiz Mehdiyev:Televiziya kanallarında
ciddi dəyişikliklər
olmalıdır
Deyə bilərəm ki, televiziya kanalları tənqiddən müəyyən nəticələr çıxarmışlar. Ancaq bu, biz gözlədiyimiz dərəcədə deyildir.
Bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev jurnalistlərə müsahibəsində bildirmişdir.
Akademik demişdir: "Televiziya bizim həyatımızda, insanların məlumatlanması və tərbiyə almasında böyük rol oynayır. Lakin hazırda televiziya kanallarında gedən proseslər Azərbaycanın intellektual səviyyəsinə kifayət qədər cavab vermir. Buna görə də bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu dəyişikliklər telekanallarda da baş tutsun. Televiziya kanalları daha intellektual insanların formalaşmasında öz möqvelərini göstərməlidirlər. Buna görə də onlarda ciddi dəyişikliklər olmalıdır. Əlbəttə, tok-şoular da olmalıdır və sair. Lakin bunların məzmunu, mahiyyəti insanların zövqünə cavab verməlidir. Çox təəssüf ki, biz telekanallarda hələ o mənada dəyişiklikləri hiss etmirik".
AzərTAc
Azərbaycan.- 2009.- 25
noyabr.- S. 2.