“Məhkəmələr
və hakimlər haqqında”, “Bələdiyyə
qulluğu haqqında”,
“Prokurorluq haqqında”,
“Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti
haqqında”, “Bələdiyyə
üzvünün statusu
haqqında”, “Dövlət
qulluğu haqqında”,
“Prokurorluq orqanlarında
qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarında qulluq
keçmə haqqında”
Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər
və əlavələr
edilməsi barədə
I. “Məhkəmələr
və hakimlər haqqında” Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1997-ci il, ¹ 5, maddə 413; 1999-cu il, ¹ 5, maddə 284, ¹ 7, maddə
396, ¹ 10, maddə 570; 2001-ci il, ¹ 5, maddə 292, ¹ 6, maddə
379, ¹ 7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 4, ¹ 12, maddə 706;
2003-cü il, ¹ 6, maddə 278; 2004-cü il, ¹ 2, maddə 57, ¹ 3,
maddə 133, ¹ 4, maddə 199, ¹ 8, maddələr 597, 598, ¹ 9,
maddə 669; 2005-ci il, ¹ 1, maddə 7, ¹ 8, maddə 686;
2006-cı il, ¹ 1, maddə 4, ¹ 12, maddə 1005; 2007-ci il, ¹ 5,
maddə 446, ¹ 7, maddə 712, ¹ 11, maddə 1078, ¹ 12, maddə
1222; 2008-ci il, ¹ 3, maddə 163, ¹ 7, maddə 609; 2009-cu il, ¹ 2,
maddə 46) aşağıdakı dəyişiklik və əlavə
edilsin:
1. 86-cı maddənin
birinci hissəsindən “, Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin”
sözləri çıxarılsın;
2. 88-ci maddəyə
aşağıdakı məzmunda beşinci hissə əlavə
edilsin:
“Məhkəmə
aparatının işçiləri mütəmadi olaraq
müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində
peşə hazırlığına və ixtisasının
artırılmasına cəlb edilirlər.”.
II. “Bələdiyyə
qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il,
¹ 12, maddə 687; 2004-cü il, ¹ 1, maddə 10; 2005-ci il, ¹ 2,
maddə 62; 2006-cı il, ¹ 3, maddə 225)
aşağıdakı məzmunda 7-1-ci maddə əlavə
edilsin:
“Maddə 7-1. Bələdiyyə
qulluqçularının peşə hazırlığı və
ixtisasının artırılması
Bələdiyyə
qulluqçuları mütəmadi olaraq müvafiq icra hakimiyyəti
orqanının tədris-elm müəssisəsində peşə
hazırlığına və ixtisasının
artırılmasına cəlb edilirlər.".
III. “Prokurorluq haqqında”
Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 12, maddə
688; 2000-ci il, ¹ 7, maddə 494; 2002-ci il, ¹ 8, maddə 464;
2004-cü il, ¹ 1, maddə 10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹
4, maddə 202; 2005-ci il, ¹ 10, maddələr 874, 876, 902;
2006-cı il, ¹ 11, maddə 927; 2007-ci il, ¹ 1, maddə 1, ¹ 2, maddə
82, ¹ 6, maddə 570, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1078,
1081; 2008-ci il, ¹ 3, maddə 155, ¹ 4, maddə 250, ¹ 8, maddə
696; 2009-cu il, ¹ 6, maddə 399) 29-cu maddəsinin
üçüncü hissəsi aşağıdakı
redaksiyada verilsin:
“Prokurorluğa ilk dəfə
işə qəbul olunmaq üçün namizədlər
müvəffəqiyyətlə müsabiqədən
keçdikdən sonra müvafiq icra hakimiyyəti
orqanının tədris-elm müəssisəsində icbari təlimə
cəlb edilirlər. Bu təlimi müvəffəqiyyətlə
bitirmiş namizədlər, bir qayda olaraq, bir illik iş təcrübəsi
(stajorluq) keçirlər.”.
IV. “Notariat haqqında”
Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə
10; 2001-ci il, ¹ 5, maddə 293, ¹ 11, maddə 687, ¹ 12, maddə
740; 2002-ci il, ¹ 5, maddə 241, ¹ 6, maddə 328, ¹ 12, maddə
706; 2004-cü il, ¹ 5, maddə 318; 2005-ci il, ¹ 4, maddə 281, ¹
8, maddə 699, ¹ 10, maddə 903, ¹ 11, maddə 993; 2007-ci il, ¹ 1,
maddə 4, ¹ 8, maddə 745, ¹ 11, maddələr 1053, 1075; 2008-ci
il, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009-cu il, ¹ 1, maddə 5; Azərbaycan
Respublikasının 2009-cu il 30 iyun tarixli 856-IIIQD nömrəli
Qanunu) aşağıdakı dəyişikliklər və əlavə
edilsin:
1. 4-cü maddədə:
1.1. dördüncü
hissə aşağıdakı redaksiyada verilsin:
“Şəhadətnamə
almaq istəyən şəxslərin bilik səviyyəsi
imtahan və müsahibə vasitəsilə yoxlanılır,
bundan sonra onlar müvafiq icra hakimiyyəti orqanının tədris-elm
müəssisəsində icbari təlimə (bundan sonra -
icbari təlim) cəlb olunurlar.”;
1.2. beşinci hissədə
“təcrübə keçməkdən” sözləri “icbari təlimdən”
sözləri ilə əvəz edilsin;
1.3. altıncı hissədə
“Notarius yanında təcrübə keçmiş və ya təcrübə
keçməkdən” sözləri “İcbari təlimdən”
sözləri ilə əvəz edilsin;
1.4. yeddinci hissədə
“, təcrübənin” sözü çıxarılsın;
2. 5-ci maddədə:
2.1. birinci hissədə
“onun” sözü çıxarılsın, “müsahibədən”
sözü “müsahibənin” sözü ilə, “verilməsi
və ya onun” sözləri “və təyinatlara dair təkliflərin
verilməsi və ya şəhadətnamənin” sözləri
ilə əvəz edilsin;
2.2. dördüncü
hissədə “təcrübəyə” sözü “icbari təlimə”
sözləri ilə, “təcrübəni bitirmiş və ya
təcrübədən” sözləri “icbari təlimdən”
sözləri ilə, “verilməsi və ya bundan” sözləri
“və təyinatlara dair təkliflərin verilməsi və ya
şəhadətnamənin verilməsindən” sözləri
ilə əvəz edilsin;
2.3. onuncu hissə
çıxarılsın;
3. 6-cı maddənin
birinci hissəsində “İxtisas” sözü “İcbari təlimi
müvəffəqiyyətlə bitirənlərə və ya
peşə hazırlığına dair müsahibədən
keçənlərə ixtisas” sözləri ilə əvəz
edilsin;
4. 14-cü maddənin
birinci hissəsində “notarius yanında təcrübə
keçənlərin” sözləri “icbari təlimə cəlb
olunanların” sözləri ilə əvəz edilsin;
5.
aşağıdakı məzmunda 14-1-ci maddə əlavə
edilsin:
“Maddə 14-1.
Notariusların peşə hazırlığı və
ixtisasının artırılması
Notariuslar mütəmadi
olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm
müəssisəsində peşə
hazırlığına və ixtisasının
artırılmasına cəlb edilirlər.”;
6. 20-ci maddənin ikinci
hissəsindən “dövlət notariusu yanında təcrübə
keçən,” sözləri çıxarılsın.
V. “Vəkillər və
vəkillik fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə 19; 2001-ci il, ¹ 12, maddə
736; 2004-cü il, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 8, maddə
599, ¹ 10, maddə 787; 2005-ci il, ¹ 8, maddə 686; 2006-cı il, ¹
12, maddə 1005; 2007-ci il, ¹ 4, maddə 322; Azərbaycan
Respublikasının 2009-cu il 30 iyun tarixli 856-IIIQD nömrəli
Qanunu) aşağıdakı əlavələr edilsin:
1. 8-ci maddənin birinci
hissəsinin birinci cümləsində “vermiş”
sözündən sonra “və müvafiq icra hakimiyyəti
orqanının tədris-elm müəssisəsində icbari təlimi
müvəffəqiyyətlə bitirmiş” sözləri əlavə
edilsin;
2.
aşağıdakı məzmunda 16-1-ci maddə əlavə
edilsin:
“Maddə 16-1. Vəkillərin
peşə hazırlığı və ixtisasının
artırılması
Vəkillər mütəmadi
olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm
müəssisəsində peşə
hazırlığına və ixtisasının
artırılmasına cəlb edilirlər.".
VI. “Bələdiyyə
üzvünün statusu haqqında” Azərbaycan
Respublikasının Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 10, maddə 706; 2004-cü il, ¹ 1,
maddə 10; 2006-cı il, ¹ 2, maddə 67, ¹ 3, maddə 225;
2007-ci il, ¹ 11, maddə 1081) aşağıdakı məzmunda
10-1-ci maddə əlavə edilsin:
“Maddə 10-1. Bələdiyyə
üzvünün peşə hazırlığı və
ixtisasının artırılması
Bələdiyyə
üzvləri mütəmadi olaraq müvafiq icra hakimiyyəti
orqanının tədris-elm müəssisəsində peşə
hazırlığına və ixtisasının
artırılmasına cəlb edilirlər.".
VII. “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 1, maddə
1, ¹ 3, maddə 131; 2002-ci il, ¹ 12, maddə 693; 2003-cü il, ¹ 1,
maddə 16; 2004-cü il, ¹ 1, maddə 10, ¹ 4, maddə 199, ¹ 5,
maddə 321, ¹ 8, maddə 597, ¹ 11, maddə 884; 2005-ci il, ¹ 6,
maddələr 463, 475, ¹ 10, maddə 874; 2006-cı il, ¹ 5, maddə
386, ¹ 6, maddə 479, ¹ 8, maddə 657, ¹ 11, maddə 927, ¹ 12, maddələr
1005, 1014; 2007-ci il, ¹ 2, maddə 83, ¹ 5, maddə 434, ¹ 7, maddə
711, ¹ 10, maddə 934, ¹ 11, maddələr 1049, 1074, 1078, ¹ 12,
maddələr 1213, 1219; 2008-ci il, ¹ 3, maddə 153, ¹ 5, maddələr
326, 341, ¹ 6, maddələr 471, 481, ¹ 7, maddə 602, ¹ 8, maddə
699, ¹ 10, maddə 881; 2009-cu il, ¹ 2, maddə 54, ¹ 5, maddə 311,
¹ 6, maddə 403) aşağıdakı məzmunda 22-1.9-cu maddə
əlavə edilsin:
“22-1.9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatlarında, habelə 3-cü-7-ci kateqoriya dövlət orqanlarında ali hüquq təhsili tələb edən vəzifələrdə qulluq keçən dövlət qulluqçuları mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər.”.
VIII. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 7, maddə 452, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 12, maddə 706; 2005-ci il, ¹ 10, maddə 902; 2006-cı il, ¹ 11, maddə 927; 2007-ci il, ¹ 1, maddələr 1, 4, ¹ 2, maddə 82, ¹ 6, maddə 570, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1078, 1081; 2008-ci il, ¹ 3, maddə 155, ¹ 4, maddə 250, ¹ 8, maddə 696; 2009-cu il, ¹ 6, maddə 399) aşağıdakı məzmunda 4.4-1-ci maddə əlavə edilsin:
“4.4-1. Prokurorluğa ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimə cəlb edilirlər. Bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər prokurorluğa qulluğa qəbul edilirlər.”.
IX. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 7, maddə 586; 2007-ci il ¹ 1, maddə 1, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1078, 1081; 2008-ci il, ¹ 3, maddə 155, ¹ 6, maddə 481, ¹ 8, maddələr 694, 710; 2009-cu il, ¹ 6, maddə 399) aşağıdakı əlavələr edilsin:
1. 4.7-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“İlk dəfə ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqədən keçmiş namizədlər müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimə cəlb edilirlər. Bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər ədliyyə orqanlarına qulluğa qəbul edilirlər.”;
2. 21.2-ci maddənin ikinci cümləsində “uyğun” sözündən sonra “olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 25 noyabr.- S. 3.