Fəxri adların təqdimat mərasimi

 

Noyabrın 24-də Muzey Mərkəzində Prezident İlham Əliyevin Sərəncamı ilə fəxri adlara layiq görülmüş bir qrup ədəbiyyat, mədəniyyət incəsənət nümayəndəsinin təltifolunma mərasimi keçirilmişdir.

Tədbirdə mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirmişdir ki, Azərbaycan dövləti tərəfindən ədəbiyyat, mədəniyyət incəsənət sahələrinə daim xüsusi diqqət qayğı göstərilir, bu sahələrdə xidməti olan insanların əməyi yüksək qiymətləndirilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu ənənəni Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Mədəniyyət incəsənətin müxtəlif sahələrində çalışan insanların hərtərəfli qayğı ilə əhatə olunması, layiq olanların vaxtaşırı mükafatlandırılması uğurlu siyasətin bariz nümunəsidir.

Nazir həmçinin bildirmişdir ki, "Bakı-İslam mədəniyyətinin paytaxtı-2009" layihəsi ölkəmizdə uğurla həyata keçirilir. Layihənin reallaşmasında dövlətimizlə yanaşı, geniş ictimaiyyətin fəallığı da qeyd olunmuş, göstərdiyi xüsusi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunmuşdur.

Ə.Qarayev dövlət başçısı İlham Əliyevin fəxri ad alanlara təbriklərini çatdırmış, onların Azərbaycanı dünyada bundan sonra da ləyaqətlə təmsil edəcəklərinə əminliyini vurğulamışdır.

Sonra təltif olunanlara mükafatların təqdimat mərasimi keçirilmişdir.

Tədbir çərçivəsində Mədəniyyət Turizm Nazirliyi ilə Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında növbəti il ərzində əməkdaşlıq haqqında birillik saziş imzalanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 25 noyabr.- S. 4.