Azərbaycanlı bəstəkarın
ABŞ-dakı uğurları
davam edir
Noyabr ayı
Azərbaycanın gənc
bəstəkarı Türkər
Qasımzadə üçün
məhsuldar olmuşdur. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bəstəkarlıq
üzrə magistratura
kursunda təhsil aldığı üçün
Nyu-York Manhetten Konservatoriyasının səhnəsində
onun iki kamera əsəri səslənmişdir. "Kiçicik sevinclər"
adlanan sonuncu əsərini ötən şənbə günü
müəllifin uğurla
əməkdaşlıq etdiyi
müasir musiqi ansamblı "Taktus" ifa etmişdir. Əsərin ifası qrupun bədii rəhbəri Daniel Graboisin dirijorluğu ilə keçmiş və dinləyicilər tərəfindən alqışlarla
qarşılanmışdır. Bəstəkarın bildirdiyinə
görə, bu əsər məşhur rus rəssamı M.Kandinskinin eyniadlı rəsm əsərinə
("Malıye radosti")
musiqi ilyüstrasiyası
kimi bəstələnmişdir.
Azərbaycan.-
2009.- 25 noyabr.- S. 8.