Azərbaycan Respublikası vətəndaşlarının 2010-cu ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin komplektləşdirilməsi üçün qərara alıram:

1. 1992-ci ildə doğulmuş çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1975-1991-ci illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2010-cu ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılsınlar.

2. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros çavuşlar 2010-cu ilin yanvarın 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yerli icra hakimiyyəti orqanları bu fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsünlər.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2009-cu il

 

Azərbaycan.-2009.- 26 noyabr.- S.1.