Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Ordubad Milli Parkı haqqında

 

Ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir nəsli kəsilməkdə olan bitki heyvan növlərinin qorunub saxlanılması, Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə "Xüsusi mühafizə olunan təbiət əraziləri obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci 21-ci maddələrini rəhbər tutaraq qərara alıram:

1. Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Ordubad Milli Parkının ərazisi Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğu (3139,0 hektar), habelə Naxçıvan Muxtar Respublikasının Culfa, Ordubad rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu (396,4 hektar) Şahbuz, Culfa, Ordubad rayonlarının inzibati ərazilərində yerləşən yay otlaqlarının (27131,0 hektar) torpaqları hesabına əlavə olunan xəritədə göstərilmiş cəmi 30666,4 hektar genişləndirilsin.

2. Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Ordubad Milli Parkı Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı adlandırılsın.

3. "Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğunun Ordubad Milli Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli 1249 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹6, maddə 312)

1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

4.1. qüvvədə olan normativ hüquqi aktların bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2009-cu  il

 

Azərbaycan.- 2009.- 26 noyabr.- S. 1.