Azərbaycan Prezidenti İlham Əliyev Polşanın milli müdafiə naziri Boqdan Klixin başçılıq
etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də
Polşanın milli müdafiə naziri Boqdan Klixin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Dövlətimizin
başçısı Azərbaycan ilə Polşa arasında
münasibətlərin uğurla inkişaf etdiyini, siyasi əlaqələrin
yüksək səviyyədə olduğunu vurğuladı. Dövlət
başçılarının qarşılıqlı səfərlərinin
və görüşlərinin intensiv və məhsuldar
olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, hər
iki tərəf ölkələrimiz arasında münasibətlərin
müxtəlif istiqamətlərdə genişləndirilməsində
maraqlıdır. Prezident İlham Əliyev Polşanın milli
müdafiə naziri Boqdan Klixin Azərbaycana səfərinin
ölkələrimizin müdafiə nazirlikləri arasında əməkdaşlığın
möhkəmləndirilməsi işinə xidmət edəcəyinə
ümidvar olduğunu bildirdi.
Polşanın milli müdafiə
naziri Boqdan Klix Azərbaycana səfərinin ölkələrimiz
arasında əlaqələrin
inkişaf etdirilməsi
işinə töhfə
vermək üçün
yaxşı fürsət
yaratdığını dedi
və ölkəmizdə
olduğu müddətdə
məhsuldar görüşlər
keçirəcəyinə əminliyini ifadə etdi.
AzərTAc
Azərbaycan.- 2009.- 26 noyabr.- S. 2.