Azərbaycan Prezidenti İlham Əliyev "Aqo" monitorinq qrupunun sədri, Rumıniyanın Avropa Şurası yanında daimi nümayəndəsi Stelian Stoyanın başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də
"Aqo" monitorinq qrupunun sədri, Rumıniyanın Avropa
Şurası yanında daimi nümayəndəsi Stelian
Stoyanın başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Stelian Stoyan monitorinq
qrupu üzvlərinin ölkəmizə zəngin səfər
proqramının həyata keçirilməsinə yaradılan
şəraitə görə dövlətimizin
başçısına minnətdarlığını
bildirdi. Prezident İlham Əliyevin Avropa Şurasındakı
məhsuldar fəaliyyətini xatırlayan qonaq təmsil etdiyi
təşkilatın Azərbaycana yaxın münasibət bəslədiyini
bildirdi. Avropa Şurasının növbəti illər
üçün də Azərbaycanla əməkdaşlığının
intensivləşdirilməsi imkanlarını
araşdırmağı zəruri hesab etdiyini bildirən
Stelian Stoyan Avropa Şurasına üzv olan ölkələrin
bir-birilərinə dəstək vermələrinin vacibliyini
qeyd etdi.
"Aqo" monitorinq
qrupunun Azərbaycana geniş proqramla səfər etməsinin
önəmini qeyd edən Prezident İlham Əliyev bildirdi ki,
bu səfər ölkəmizlə yaxından tanış
olmaq, insanlarla görüşüb müxtəlif fikirlər
eşitmək, Azərbaycan haqqında həqiqətləri
daha dolğun şəkildə öyrənmək
üçün yaxşı imkan yaradır.
Görüşdə Azərbaycan
ilə Avropa Şurasının "Aqo" monitorinq qrupu
arasında əməkdaşlığın perspektivlərinə
dair fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2009.- 26 noyabr.- S. 2.