Azərbaycanla Avropa Şurası arasında əlaqələr genişlənir
Azərbaycan Avropa Şurası ilə əlaqələrinin daha da inkişaf etdirilməsinə çalışır. Eyni zamanda əlaqələrin bundan sonra da genişləndirilməsinə səy göstərir. Bu fikirləri Milli Məclisin Sədri Oqtay Əsədov Avropa Şurası Nazirlər Komitəsi "Aqo" monitorinq qrupunun nümayəndə heyəti ilə noyabrın 25-də parlamentdə keçirdiyi görüşündə səsləndirdi. Spiker bildirdi ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri uğurla yerinə yetirir. Bununla yanaşı digər öhdəliklərin də yerinə yetirilməsi üzərində iş aparılır.
Avropa Şurası Nazirlər Komitəsi "Aqo" monitorinq qrupunun rəhbəri Stelian Stoyan isə bildirdi ki, Azərbaycanla Avropa Şurası arasındakı əməkdaşlıq uğurla davam etdirilir. Azərbaycanın bu beynəlxalq təşkilat qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməsi baxımından bu ölkənin parlamenti tərəfindən çox iş görülüb. Bununla yanaşı bir sıra digər məsələlər də müzakirə edilməlidir.
Görüşdə qarşılıqlı
maraq doğuran digər vacib məsələlər də
müzakirə edildi
Azərbaycan.- 2009.- 26 noyabr.- S. 2.