Brüsseldə Azərbaycan mətbəxi günləri
keçirilmişdir
Belçikanın
paytaxtı Brüsseldə Azərbaycan mətbəxi günləri
keçirilmişdir.
Bu barədə Azərbaycan
Milli Kulinariya Mərkəzinin baş direkoru, Milli Kulinariya
Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat
vermişdir.
Avropa parlamentinin binasında Heydər Əliyev Fondunun və Azərbaycanın Brüsseldəki səfirliyinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov və 9 nəfərdən ibarət komanda heyəti milli mətbəximizi əks etdirən yeməklər hazırlamışlar.
T.Əmiraslanov bildirmişdir ki, ərzaqların çox hissəsi Bakıdan aparılmışdır. Gəncədən, Qubadan, Şəkidən, Bakıdan şirniyyatlar, həmçinin quru və təzə meyvələr, mürəbbələr, Tovuzdan gətirilən müxtəlif içkilər nümayiş olunmuşdur. Yeməklərimiz qonaqlar tərəfindən yüksək səviyyədə qarşılanmışdır.
Azərbaycanın Belçikadakı səfirliyində milli mətbəximizə marağın güclü olduğunu nəzərə alaraq "Azərbaycan mətbəxi " kitabının ingilis dilində çapa hazırlanması nəzərdə tutulmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 26 noyabr.- S.6.