Şamaxıda Heydər Əliyev mərkəzi açılmışdır

 

Dövlət başçısı mərkəzin açılışını bildirən lenti kəsdi bina ilə yaxından tanış oldu.

Məlumat verildi ki, Heydər Əliyev parkının ərazisində yerləşən mərkəzin 2007-ci il mayın 10-da başlanılmış tikintisi 2008-ci ilin sentyabrında başa çatdırılmışdır. Üçmərtəbəli binanın ümumi sahəsi 1200 kvadratmetrdir. Mərkəzdə multimedia, xalq yaradıcılığı, rəsm dərnəkləri, elektron kitabxana, kompüter mərkəzi digər bölmələr yerləşir.

Konfrans zalında ulu öndərin keçən əsrin 70-80-ci illərindəki fəaliyyətini onun Şamaxı rayonuna səfərlərini əks etdirən fotoguşə vardır. 45 nəfərlik kino zalında ümummilli liderin Azərbaycanın müstəqillik illərindəki fəaliyyətini əks etdirən fotoşəkillər filmlər nümayiş etdirilir. Açıq zalın bir hissəsində ulu öndərin fəaliyyətinin Moskva Naxçıvan dövrlərini əks etdirən fotoşəkillər asılmış, digər hissədə isə "Heydər Əliyev dünyanın gözü ilə" guşəsi yaradılmışdır. Burada ümummilli liderin həyat fəaliyyətini əks etdirən sənədlər nümayiş etdirilir. Mərkəzdə ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi təbliği üçün hər cür şərait yaradılmışdır.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Xatirə kitabına ürək sözlərini yazdı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 27 noyabr.- S. 2.