Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının yeni
inzibati binasının
açılışında iştirak etmişdir
Noyabrın 26-da Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir.
Dövlət başçısı açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.
Məlumat verildi ki, bu il mayın 10-da başlanmış tikinti işləri sentyabrda başa çatdırılmışdır. Binada Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin barelyefi qoyulmuşdur.
İkimərtəbəli binanın
sahəsi 516 kvadratmetrdir.
Bina lazımi avadanlıqla təchiz edilmişdir. Birinci mərtəbədə 7 iş
otağı, ikinci mərtəbədə qəbul
və təşkilat sədrinin iş otaqları, müşavirə
zalı yerləşir.
Burada partiya üzvlərinin fəaliyyəti
üçün hər
cür şərait yaradılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 27 noyabr.- S. 2.